Salyanda vəhhabinin saqqalının qırxılması aranı qarışdırdı

24-04-2014, 18:29   
Salyanda vəhhabinin saqqalının qırxılması aranı qarışdırdı
Azərbaycanın Salyan rayonunda vəhhabilər kütləvi etiraz aksiyası keçirməyə hazırlaşırlar.

Onların bu yola əl atmasına səbəb rayonun Arbatan kəndində vəhhabilərdən birinin saqqalının məcburi qaydada qırxılması olub.

Bundan sonra qəzəblənən vəhhabilər sakinlərə aqressiv münasibət bəsləməyə başlayıblar. Kütləvi qarşıdurmadan ehtiyat edən rayonun hüquq-mühafizə orqanları ciddi tədbirlər həyata keçiriblər. Terror təhlükəsindən sığortalanmaq məqsədilə kənd məktəblərində və xəstəxanalarda 24 saat polis növbətçiliyi təyin olunub.

Saytın əməkdaşı ilə söhbətdə yerli sakinlər deyiblər ki, kənd ərazisində az qala qeyri-rəsmi fövqəladə vəziyyət elan edilib: “Vəhhabilər bir müddət əvvəl kənd qəbiristanlığında bəzi məzarları dağıdıblar. Özlərini kənddə çox pis aparırlar. Onların marağına xidmət etməyənlərə sataşırlar. Məktəblilər arasında vəhhabi təbliğatı aparırlar. Bu da bizim narazılığımıza səbəb olur”.

Salyan Rayon Polis Şöbəsinin Arbatan kənd sahə inspektoru Əhməd Məmmədzadə faktı qismən təsdiqləyib: “Hər iki tərəf dindirilib. Ciddi narahatçılığa əsas yoxdur, vəziyyət nəzarət altındadır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.