Avropa müharibələr və böhran əhatəsində

3-08-2014, 10:52   
Avropa müharibələr və böhran əhatəsindəAvropa şərq və cənub istiqamətində nə federal hökümət, nə də Avropa Birliyinin çıxış yolu tapa bilmədiyi böhran ocaqları zəncirini seyr edir

Həcminə görə Rusiyanın ikinci ən böyük dövlət bankı olan Bank VTB-nin rəhbəri Andrey Kostinin bir neçə həftə öncə televiziya vasitəsilə səsləndirdiyi fikir praktik cəhətdən sensasiya idi. O, Vladimir Putinə etiraz etməyə cəsarət etmişdi. O, qərb sanksiyalarının Rusiyaya heç bir təhlükə törətməyəcəyi ilə bağlı dövlət kütləvi informasiya vasitələrində yayılan xəyali fikirlərə etiraz edirdi. VTB rəhbərinin fikrincə, əksinə, Rusiya qloballaşma prosesindən çıxa bilər. Səhnə arxasında rus iqtisadçıları maraqlı paralellər aparır. O, 1988-ci ildə baş verən Lokerbi səması üzərindəki faciəni xatırlayır. Həmin vaxt Amerikan sərnişin təyyarəsi Liviyalı terrorçular tərəfindən partadılmış, nəticədə 270 nəfər həlak olmuşdu.
Həmin insidentin nəticəsi olaraq, Liviyanın avtokrat lideri Müəmmar Qəddafiyə qarşı uzunmüddətli sanksiyalar tətbiq edilmişdi. Rus iqtisadçıları Malaziya aviaşirkətinə məxsus Boeing təyyarəsinin Ukrayna səmasında qəzaya uğramasının oxşar nəticələrə gətirib-çıxaracağı və Rusiyanı beynəlxalq aləmdən təcrid edəcəyi, eləcə də iqtisadi cəhətdən ziyan vuracağından ehtiyat edir. İnsanların qətlə yetirilməsinə reaksiya verən tək Rusiya olmayıb. Almaniya gözlərini ovuşdurur, Avropa isə asta-asta geniş dünyada uzunmüddətli ticarət nəhəngi olaraq qala bilməyəcəyini anlamağa başlayır. O, qoca kontinenti bürümüş müharibə və böhranlara görə məsuliyyəti öz üzərinə götürməlidir. Burada söhbət təkcə Rusiyadan deyil, bütün bunlar azmış kimi cümə axşamından etibarən hökümətsiz qalmış Ukraynadan da gedir. Qəzza sektoru və İsraildə yenidən qan axıdılması, Suriya və İraqın süqutu – bütün bunlar gözümüzün qarşısında regionu destabilləşdirən amillərdir. Avropa şərq və cənub istiqamətində nə federal hökümət, nə də Avropa Birliyinin çıxış yolu tapa bilmədiyi böhran ocaqları zəncirini seyr edir.
Embarqo yoxdur
Ötən həftə Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri çətinliklə də olsa Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində ortaq fikirə gəlməyə müvəffəq olub.
Rusiya ilə çoxmilyardlıq hərbi sövdələşmənin maraqlarına uyğun olaraq Fransa fəaliyyət planından Rusiyadan silah idxalına qoyulan embarqonu ləğv edib. Lakin, növbəti sanksiyaları tətbiq etmədən də qeyri-stabillik alman iqtisadiyyatına da öz təsirini göstərib. «2014-cü ildə Rusiyaya ixrac həcminin 10-15% azalacağı mümkündür», – bunu BGA Xarici Ticarət Birliyinin kommersiya direktoru Herhard Handke deyib. Buna hələ tab gətirmək olar, çünki hələ 2013-cü ildə Rusiyaya ixracın həcmi ümumi ixrac göstəricisinin cəmi 3%-ni təşkil edib. Hətta, İsveçrə və Polşa idxal əməliyyatlarının çoxunu Almaniyadan həyata keçirir. Amma, bu hələ son deyil. 6300 alman şirkəti Rusiyaya 23 milyard avrodan çox investisiya qoyub. Burada 250.000 işçi qüvvəsi yerləşdirməklə, onlar 80 milyard avroluq mübadiləyə nail olur. Rusiyadan imtina edilməsi Volkswagen və ya Siemens kimi nəhəng korporasiyaların işinə mənfi təsir göstərəcək. Ötən ay dünyaca məşhur şirkət olan Adidas-ın dövriyyəsinin yeddi faizlik göstərici məhz Rusiyanın payına düşüb. Almaniya Ticarət və Sənaye Palatasının iclasında ekspertlərin söylədiklərinə əsasən, Rusiyadakı böhran ixrac əməliyyatlarından daxil olan 4 milyard avro vəsait, 0.5%-lik artımın itilməsinə gətirib-çıxaracaq ki, bu da daha sərt iqtisadi sanksiyalarla sonrakı eskalasiyanın baş verməyəcəyinə dair nikbin şərtlər daxilində baş verəcək. Hələ ki, Avrokomissiya tərəfindən tətbiq edilən sanksiyalar alman şirkətilərinin əhval-ruhiyyəsinə elə əhəmiyyətli təsirini göstərməyib. Amerika höküməti Rusiyaya qarşı çox daha sərt davranır və faktiki olaraq, o Avropanı öz rejiminə sürükləməyə qadirdir. ABŞ embarqonun mövcud olduğu ölkələrə qarşı eksterritorial və ixrac hüququ və ya Alman ixracına qarşı cərimələr tətbiq edə bilər. Bu, nümunə üçün Rusiyanın «Rosneft» konserninə aiddir. Bu şərtlə ki, idarə heyətində Rusiya vətəndaşı yoxdur və ya idxal olunan məhsulun tərkibində Amerika istehsalı olan komponentlər mövcud deyil. Sanksional hüquq üzrə ekspert olan alman hüquqşünas Dirk Haqemann xəbərdarlıq edir: «Birləşmiş Ştatlarda istənilən şirkətin adını müəyyən siyahıya daxil edib, bununla da onun Amerika bazarına çıxışına qadağa qoya bilərlər». Şirkət adının sanksiya siyahısına daxil edilməsi üçün yarana biləcək istənilən qorxunc imkan açıq şəkildə sonrakı addımların nədən ibarət ola biləcəyini göstərir. Birləşmiş Ştatlarla əməkdaşlığın itirilmə qorxusu üzündən alman şirkətləri İrandakı fəaliyyətlərinə son qoyub. Eyni hal tezliklə Rusiyada da baş verəcəkmi?
«İrana göstərilən təzyiqlər, ruslara edilən analoji təzyiqlərdən müqayisə edilməyəcək dərəcədə yüksəkdir», – D.Haqemann belə deyir. Hələ ki, Amerikanın öz bazarları xaricində Rusiyaya sanksiyalarn tətbiq edib-etməyəcəyi aydın deyil. Bununla belə, ekspert dairələrində bütün tranzaksiyaların ABŞ tərəfindən sanksiya tətbiq olunan bank vasitəsilə aparılması səbəbindən bəzi alman top-menecerlərin özlərinin Rusiyadakı biznesini bağlayacağı ilə bağlı informasiyalar dolaşmaqdadır.
Heç kəs risk etmək istəmir. Lakin, hərdən bunu etmək lazım olur. Çünki, Rusiya dairələrində aşkar şəkildə intiqam almaq barəsində söhbət gedir. «Rusiyaya qarşı ticarət sanksiyalarının tətbiqi Ümumdünya Ticarət Təşkilatının prinsiplərilə ziddiyyət təşkil edir», – Rusiya Menecerlər Assosiasiyasının yaydığı bəyanatda belə deyilir. Davamlı eskalasiya şəraitində tətbiq ediləcək sanksiyalar Rusiya bazarında fəaliyyət göstərən Amerika və Avropa şirkətləri üçün neqativ nəticələrə səbəb olacaq» - bu fikirlər də haqqında bəhs olunan bəyanatdandır. Dövlət Duması artıq xarici sərmayədarların əmlakının mümkün müsadirəsi ilə bağlı qanun layihəsi hazırlayıb. Buna rəğmən, Moskvada yerləşən Rusiya-Almaniya Xarici Ticarət Palatasında deyirlər ki, böhranın olmasına baxmayaraq Almaniyadan Rusiyaya yeni sərmayədarlar gəlməkdə davam edir və Rusiya höküməti tərəfindən onlara daha öncə heç vaxt qarşılaşmadıqları dəstək göstərilir.
Yüngül təzyiq
Rusiya ilə sıx əlaqələr fonunda Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Rusiyaya yüngül formada təzyiq göstərməyə çalışır. Qurum eyni zamanda kapital bazarlarının ifrat reaksiyasından da yayınmağa çalışır. Bununla yanaşı Avropa Birliyinin Vladimir Putinin Ukraynadakı destabilləşməyə tab gətirən və buna imkan verən siyasətinə təsir göstərməsi ilə bağlı cəmiyyətdə yaranmış fikir daha da möhkəmlənməkdədir. Frank V.Ştaynmayerin özü isə sanksiyaların tərbiq edilməzdən daha öncə qüvvəyə minməsindən təəccübünü gizlədə bilməyib: «Artıq bir neçə aydır ki, kapital Rusiyanı tərk edir, konyuktura zərbə alır, Rusiya şirkətləri isə əsəblərinə hakim ola bilmir». Nazirin fikrincə Almaniya üçün nəticələrin «hələ ki, məhdud çərçivədə» qaldığı bir zamanda, bu Rusiya iqtisadiyyatına güclü təsir göstərir. Əslində, Rusiya üçün bu nəticələr artıq hiss olunandır. Birinci rübdə iqtisadi artım səviyyəsi ötən dövrə nisbətən 0,5% aşağı düşüb və bir neçə illik durğunluqdan sonra 143 milyon əhalisi olan ölkədə hiss olunan dərəcədə resessiya başlayır.
«Morgan Stanley» İnvestisiya bankının analitiqləri ÜDM-də il ərzində 1,5%-lik azalma proqnozlaşdırır və bu neftin qiymətinin stabil olaraq 100 dollar səviyyəsində qalması və qlobal konyunkturanın qaydasında olmasına rəğmən baş verir. Bəzi sektorlar isə rublun zəyifləməsindən mənfəət qazanacaq ki, bu da polad ixracı və ya metal məmulatlarını daha ucuz qiymətə satılmasını təmin edir. Rusiyanın bir çox məhsulu ixrac etməsindən dolayı daxili bazarda qiymətlər getdikcə artmaqdadır. Hətta ərzaq sektoru belə ölkənin daxili təlabatını tam olaraq ödəmək iqtidarında deyil. Gəlin görək, Rusiya prezidenti və onun ətrafı iqtisadi göstəricilərə diqqət yetirirmi? Görünən isə odur ki, bu heç də belə deyil. Hətta, o, təyyarə qəzası səbəblərinin müstəqil təhqiqatının» əleyinə olsa belə, bundan dərhal sonra silahların havaya qaldırılması başlayır. «Biz Rusiyanın zəyiflədilməsi cəhdlərinə aktiv şəkildə reaksiya verməliyik», – bunu O, Təhlükəsizlik Şurasının iclasındakı çıxışında deyir və eyni zamanda Krımın müdafiəsi üzrə xüsusi proqramın hazırlanacağını vəd edir. Rusiyanın xaricdən maliyyələşdirilən destabilizasiya planı heç bir vaxt gerçəkləşməyəcək. Bu cür bəyanatlar Rusiya ilə Qərbin eyni dildə danışması məsələsində şübhələr yaradır. Baş verən bir çox hadisə onun öz siyasəti ilə bir çox rusun Sovetlər Birliyinin dağılması ilə qeyb olan dünyaya tanınma prosesinə can atmasına xidmət etdiyini göstərir. Xarici siyasət məsələsində Rusiyanın tanınmış ekspertlərindən olan politoloq Fyodr Lukyanov hesab edir ki, «Vladimir Putin öz yolunun ən çətin bir hissəsindədir». O, həmçinin V.Putinin irrasionsial hərəkət etdiyi barəsindəki fikirlərə də etiraz edir. Avropa Beynəlxalq Əlaqələr Şurasının Berlində keçirilən iclasında F.Lukyanov qeyd edib ki, prezident bu yolla öz ölkəsinə özünün əhəmiyyətini qaytara bildiyindən, bu dəfə də özünün siyasətinin iqtisadi xərclərini diqqətə alır. Əgər bu həqiqətən də belədirsə, o zaman sanksiyalar paketinin düşünülmüş cərimə aksiyası qismində tətbiq ediləcəyi və Vladimir Putinin ruslara öz ölkələri ilə fəxr etməyi aşılamasının qarşısının alıb-almayacağı məsələsi gündəmə gəlir. Rusiyanın dövlət kütləvi informasiya vasitələrinin bir neçə ay davam edən manipulyasiyalarından sonra, V.Putinə sadiq olan şəxslər Kremlin güzəştə getməsini rüsvayçı məğlubiyyət kimi dəyərləndirəcək. Yekun nəticədə isə Kreml rəhbərinin güzəşt etmək üçün imkanları son dərəcə məhduddur.
Qədim Yaxın Şərq
Ötən həftə İsrailin 90 yaşlı prezidenti Şimon Peresin hakimiyyət müddəti başa çatdı. O, hələ illər öncə xalqlar və ölkələrin bir-biri ilə mehriban qonşuluq şəraitində yaşadığı, eyni zamanda iqtisadi sahədə aktiv əməkdaşlıq etdiyi «Yeni Yaxın Şərq» ssenarisi hazırlayıb. Ssenariyə görə İsrail təşəbbüskarlığı, Suriya həssaslığı və Misir müdrikliyi ərəb neft zənginliyi ilə birləşərək uğurlu bir vəhdət təşkil etməli idi. Lakin, məlum olduğu kimi bu planın reallaşması mümkün olmadı.
Bunun da səbəblərinin çoxu Yaxın Şərq regionundakı bir çox siyasətçi üçün xalqların iqtisadi rifahındansa, daha önəmli istənilən digər məsələlərin olmasından qaynaqlanır. Bununla belə Qəzza sektoru ətrafındakı bu günkü münaqişə də özündə iqtisadi reallığın qalıqlarını daşımaqdadır. Atəşkəsin elan edilməsi üçün şərt qismində HƏMAS liderləri digər tələblərlə yanaşı özlərinin Aralıq dənizindəki limanına sərbəst çıxış, qonşu ölkə olan Misirlə ticarət sərhədlərinin açılmasını və özünün dağılan dövlət aparatının maliyyələşdirilməsi üçün pul da tələb edirdi. Dövlətlərinin əraizi hədəfsiz, lakin mütəmadi olaraq davam edən raket zərbələrinə məruz qalmaqda davam etdiyi üçün israillilər hələ ki, buna getmir. Bu arada, sözü gedən atışma təkcə bir çox yəhudinin həyatını cəhənnəmə çevirməyib, eyni zamanda ölkə iqtisadiyyatına da öz təsirini göstərib. Bu, ilk öncə HƏMAS tərəfindən havaya buraxılan raketlərdən birinin Tel-Əviv aeroportundan iki kilometr məsafədə yerə düşməsi səbəbindən baş verdi. Bu, bir çox aviaşirkətlər üçün İsrailə həyata keçiriləcək uçuşların təxirə salınması üçün tutarlı bir səbəb oldu.
Yalnız Eylatda yerləşən kiçik kurort aeroportu, Misir və İordaniya sərhəddindəki məntəqələr istisna olmaqla, sıravi yəhudilər Tel-Əvivdəki havalimanından savayı ölkələrini tərk etmək üçün alternativ imkana malik deyil. Aeroportun bağlanmasından yaranmış şok çətin ki, sülh yolu ilə tənzimlənmə prosesinə təkan vermiş olsun. İstənilən sülh müqaviləsinin imzalanacağı təqdirdə ölkə İordan çayının qərb sahilində yerləşən və hava xətti üzrə aeroportda Qəzza sektorundan 80 deyil, 15 kilometrlik məsafədə daha yaxın olan ərazilər üzərində öz nəzarətini itirəcək. İsrailin bu formada geri çəkilməsi yalnız beynəlxalq ictimaiyyətin son dərəcə etibarlı təminatı nəticəsində mümkün ola bilər. Amma indi bu, o qədər də real görünmür.
Müsəlman qardaşlarının düşməni
Qəzza sektorundakı müharibə bütün regionun içərisində olduğu böhranlı durumu aydınlaşdırdı. HƏMAS üzvləri olan fələstinlilər adət etdikləri vasitəçinin olmaması səbəbindən atəşkəs variantına getmir. Misirin yeni prezidenti Əbdül Fəttah Əs-Sisi müsəlman qardaşların, müvafiq olaraq da HƏMAS islamçılarının qatı düşmənidir. Lakin, bu xüsusda, Qəzza sektorunda qan axıdılmasını əks etdirən kadrlar Misirdə yeni və ağır toqquşmalar təhlükəsini artırır. Qərbdə yerləşən Əlcəzair və Şərqdəki Pakistanda olan islamçılar Əbdül Fəttah Əs-Sisiyə qarşı etiraz nümayişlərinə çıxaraq, bununla özlərinin Misirdəki həmfikirlərinə də təkan vermiş olur.
Ərəb dünyasının nəhəng bir ölkəsi iqtisadi və sosial xaos vəziyyətindən öz gücü hesabına çıxa bilmir və özünün iri sponsoru olan Səudiyyə Ərəbistanından tamamilə asılı vəziyyətə düşür. Bu yolla da böhran zəngin neft ehtiyatlarına malik olan Ərəbistan yarımadasına qədər genişlənir. Səudiyyə Ərəbistanının ölümcül şəkildə xəstə olan kralı Abdullah ötən həftə özünün qətərli həmkarı Tamim ilə HƏMAS fələstinlilərinin atəşi dayandırmağa inandırması ilə bağlı danışıqlar aparırdı.
Qətər Misirdəki müsəlman qardaşları kimi Qəzza sektorunu da sırf islami həmrəylik nöqteyi-nəzərdən maliyyələşdirir. Elə bu səbəbdən də prezident Əbdül Fəttah Əs-Sisi Qətər əmirinə nifrət edir və Qətərin vasitəçiliyi ilə bu istiqamətdə sərhədlərin açılmasından daha çox, Qəzza sektorunun müflisləşməsini üstün tutur.
Avropa nöqteyi-nəzərdən şərq münaqişələri çox da əhəmiyyətli görünməyə bilər, amma bu belə deyil. Ərəb dünyasında əməkdaşlığın tamamilə dağılması Suriyanın şərqi və İraqın Şimal-Qərbindəki xilafət rejiminə koordinasiya edilmiş müqavimətin göstərilməsinə əngəl törədir. Bu, qətllər və məhvetmə yolu ilə özlərinin sərhədlər boyunca yayılan rejimlərini yaratmaq istəyən radikal islamçılardır. Hətta, Usama Bin Ladenin Əfqanıstan və Pakistandakı varisləri belə xilafət və onun «İslam dövlətinin» həddindən artıq radikal olduğunu hesab edir. Hətta son vaxtlaradək onların suriyalı diktator Bəşər Əsədə qarşı mübarizəsini dəstəkləyən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə indi bu hərəkatın onun öz ölkəsinə yayıla biləcəyindən ehtiyat etməlidir. Müvafiq olaraq, R.T.Ərdoğanın sivil islamçılığı radikallar üçün çox rəhmdildir. Alman nöqteyi-nəzərindən bütün bunları rahat bir şəkildə seyr etmək olar. «Amma, istənilən halda əgər İŞİD İraqın neft yataqları ilə zəngin cənub hissəsinə nəzarəti əldə etsəydi, bu çox pis bir hal olacaqdı», – belə bir bəyanatla говорит Commerzbank-ın əməkdaşı Ralf Solveen çıxış edib. Ekspert müəyyən mənada haqlıdır. Amma İŞİD terrorçuları təkcə bizim neftlə təminatımıza deyil, ümumilikdə təhlükəsizliyimizə qarşı da qorxu yaradır. Eyni zamanda İŞİD-in artıq öz ölkələrinə geri dönən və qanlı terror aktları planlaşdıran döyüşçüləri ilə bağlı məlumatlar gəlməkdədir. İki ay öncə Brüsseldə yerləşən kiçik Avropa muzeyi ziyarətçilərinin qətli ola bilsin ki, hələ başlanğıc idi. Yeni terror dalğası Avropa iqtisadiyyatına neftin artmaqda olan qiymətindən daha neqativ şəkildə təsir göstərəcək. Herhard Handkenin qənaətincə, «İşlər yalnız Çin, ABŞ və Avropanın gələcəyə optimist yanaşdığı zaman uğurla gedir». Biz qonşuluqda yerləşən regionlarda davam etməkdə olan müharibələrin mümkün psixoloji təsirləri barəsində danışırıq. Lakin, Avropadakı terror dalğası optimistik cəhətdən də təzahür edə bilər.
İqtisadçılar nə fikirdədir?
Hətta müharibələrin Avropanın ucaqlarına konyuktur təsirinə inam az olsa belə, narahatlıq üçün səbəblər elə də az deyil. Hələ ki, Ukrayna və Qəzza sektoru nəzərə alınmadan da Almaniyadakı yüksəliş alman iqtisadiyyatının ilk üç ay ərzində ötən rübə nisbətdə yalnız 0,8% artmasından sonra öz əhəmiyyətini itirib. Commerzbank-dan olan Yorq Kremer kimi iqtisadçılar ümumdaxili məhsulun həcmində kiçik ölçüdə də olsa azalma müşahidə olunacağını ehtimal edirlər. Lakin, Ralf Solveen vəziyyətin nəzərəçarpacaq dərəcədə pisləşəcəyini gözləmir. İqtisadi cəhətdən Yaxın Şərq kifayət qədər uzaq bir məsafədə yerləşir, Rusiyaya münasibətdə nümayiş etdirilən «qaz idxalının dayandırılacağı təqdirdə nə baş verəcək?» mövqeyi önəmli rol oynamır. Siyasi aləmdən daxil olan neqativ xəbərlərə birja daha çevik reaksiya verir. Lakin, Ralf Solveen bütün bunlardan konyukturanın da zərər çəkəcəyini isə az ehtimal edir. Hətta, müharibələr və siyasi böhranlar nəticəsində Dax indeksində azalma müşahidə olunsa belə, bu vəziyyətin indiki şəraitdə iqtisadiyyata real təsir imkanları çox da böyük deyil.
Qlobal dinamika
Mihael Hüter deyir ki, «2010-cu ildən qlobal iqtisadi dinamikanın inkişaf etmiş ölkələrin dinamikası olduğu müşahidə olunur». İstənilən halda Şimali Amerika və Avropa kimi öz rolunu oynamaqda davam edir. İran, Hindistan və hətta Türkiyə kimi dövlətlər özlərinin əvvəllər mövcud olmuş yüksəliş tempini itirib. Bəs nəhəng siyasi böhranlar və bununla əlaqəli olan inamsızlığın psixoloji nəticələri nədən ibarətdir? M.Hüter 11 sentyabr 2001-ci ildən sonrakı dövrdə insanların yaşadığı şok vəziyyətini xatlrkadır. Lakin, 2001-ci ilin noyabr ayından etibarən hər şey stabilləşmə istiqamətinə yönəlməyə başladı. Ağır bir şok yaşandı, lakin bu nə dünya iqtisadiyyatı, nə kapital, nə də ticarət axınında dəyişikliklərə səbəb olmadı. Yəni, hələ həyəcan təbili çalmaq vaxtı deyilmi? Təyyarənin qəzaya uğraması və Qəzza sektorundakı böhran bizim konyukturaya zərər vuracaqmı? Bu, yalnış nəticə idi. Rusiya və Ukrayna arasındakı münaqişədə Berlin və qərb ölkələrindəki hökümətlər ikiqat, özü də yalnız Moskva və Kiyev arasında deyil, eləcə də yüksəliş xəyallarına gedən yolda qarşısını heç bir şeyin ala bilməyəcəyi Ukraynadakı demokratlar və praqamatik ruslar arasında vasitəçi kimi maraqlıdır. Siyasi oyunçulara artan terror təhlükəsinin də maneələr yaratdığı Yaxın Şərqdəki vəziyyət də buna oxşar, amma bu durumdan bir qədər daha qəlizdir. İqtisadiyyat bütün bunları yalnız təşviq edə bilər. Bir-birilə ticarət edənlər bir qayda olaraq elə bir-birilərinə atəş açanlardır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.