Azərbaycan Müdafiə Nazirliyi düşmənin bu gün səhər saatlarından etibarən Tərtər şəhərini müxtəlif tipli silahlardan atəşə tutduğu haqda məlumat yayıb. Məlumatda deyilir:
-Bu gün sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulur. Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən onlara qarşı adekvat cavab tədbirləri görüləcək.