Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Beyləqan rayonu ermənilər tərəfindən atəşə tutulub.Rəsmi məlumata görə, Beyləqan rayon sakini olan iki bacı- 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olub. İki mülki şəxs isə xəsarət alıb.
"Yeni Müsavat" Media Qrupunun reportyorları xəbər verir ki, atılan mərmilərdən biri rayon mərkəzində yanacaq doldurma məntəqəsinin yaxınlığına düşüb.
Ətrafdakı mağazalara, Dövlət Vergi Xidmətinin binasına ziyan dəyib.
Hazırda ərazidə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İlkin MuradovMəhəmməd Türkmən