Rusiya prezidenti Vladimir Putin Ukrayna hökumətinin ölkənin şərq vilayətlərində nəzarəti tam ələ keçirməyə çalışan separatçılara qarşı başladığı anti-terror əməliyyatına münasibət bildirib.
V. Putin əməliyyatları tənqid edib və hakimiyyəti cinayətkar adlandırıb: “Bu xalqa qarşı ən böyük cinayətdir”.
Qərbin Rusiyanın mövqeyinə qarşı nümayiş etdirdiyi tənqidi fikirlərinə də münasibət bildirən V. Putin deyib ki, sanksiyalarla bağlı qərbin təhdidini kritik hesab etmir: “Qərb dövlətlərinin Rusiyaya münasibətdə tətbiq etdiyi sanksiyalar kritik xarakter daşımır. Əlbəttə, bunu müsbət də qiymətləndirmək olmaz”.
Onun sözlərinə görə, heç bir sanksiya müasir dövrdə effektli deyil və lazımı təsir bağışlamır: “Bu daha çox siyasi xarakter daşıyır”.