Almaniyadan şok məlumat: burada ən çox türklər savaşır

5-08-2014, 19:40   
Almaniyadan şok məlumat: burada ən çox türklər savaşırAlmaniyanın “Die Welt» qəzeti “İraq Şam İslam Dövləti” təşkilatı üzvləri barədə maraqlı məlumat yayıb.
Axar.az xəbər verir ki, qəzet İŞİD-ə ən çox qatılan vətəndaşların ən çox Türkiyədən olduğunu bildirib. Qəzet bu barədə xəbərini “İŞİD-in Türk Birliyi” başlığında yayımlayıb.
Avropanın bir çox ölkəsindən İŞİD-ə qatılanlar olduğunu qeyd edən mətbuat orqanı terror təşkilatında ən çox türklərin vuruşduğunu bildirib.
Avropadan 1200 vətəndaşın Türkiyə üzərindən Suriyaya keçərək İŞİD-in tərkibində vuruşduğu, döyüşdükdən sonra təkrar Türkiyə vasitəsi ilə Avropa ölkələrinə qayıtdıqları vurğulanıb. Bunun isə Türkiyə-AB münasibətlərinə ciddi şəkildə mənfi təsir göstərdiyi qeyd edilib.
10-15 min İŞİD-in üzvü olduğunu bildirən “Die Welt» Ankaranın məlumatına əsaslanaraq təşkilatın 10 faizini türklər təşkil etdiyini açıqlayıb.
Həmçinin Avropa ölkələrindən İŞİD-ə qatılmaq üçün gedənlərin əksəriyyətinin də türk mənşəli insanlar olduğu vurğulanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar