Dağlıq Qarabağ: Ermənistan iqtisadiyyatı Azərbaycanla döyüşlərdən necə təsirlənir?
14-10-2020, 12:36
Ermənistan iqtisadiyyatı koronavirus səbəbindən onsuz da çətinliklər yaşayarkən Dağlıq Qarabağdakı münaqişənin yenidən alovlanması ilə daha da çətin bir duruma düşüb. Bunun ən böyük sübutu isə Fitch beynəlxalq kredit reytinq agentliyinin ölkənin kredit reytinqini aşağı salmasıdır. Fitch bu həftənin əvvəlində Ermənistanın xarici valyutada uzunmüddətli kredit reytinqinin "BB-" dən "B+" səviyyəsinə endirildiyini, reytinq proqnozunun "sabit" səviyyədə olduğunu açıqlayıb. Bu, ilin ilk yarısında Ermənistanda iqtisadi geriləmə proqnozlaşdırıldığından daha kəskindir; bunun da dövlət borcunun artmasına səbəb olduğu bildirilib. Dağlıq Qarabağda Azərbaycanla münaqişənin yenidən alovlanması iqtisadiyyatı daha da çətin duruma salıb. BBC Türkçe-yə danışan Türk Erməni Biznes İnkişafı Şurasının həmsədri Kaan Soyakın söylədiyinə görə, toqquşmalar başlandıqdan sonra Ermənistanda bizneslər və banklar dayanma nöqtəsinə yaxlnlaşıb. Soyakın fikrincə, toqquşmalar davam edərsə, malların daşınmasında çətinliklər dərinləşə və iflaslar baş verə bilər. Yerevandakı Qafqaz İnstitutundan iqtisadçı Hrant Mikaelyanın bildirdiyinə görə, Dağlıq Qarabağdakı hərbi əməliyyatların iqtisadi fəsadlarının ən böyük yükü xidmət sektoru və maliyyə sisteminin üzərinə düşəcək. Dövlətindaha öncədən hesablamadığı xərclər İqtisadçı Hrant Mikaelyan Dağlıq Qarabağdakı döyüşlərin Ermənistan iqtisadiyyatına iki cəhətdən təsir edəcəyini deyir:
.bbc.com
Türkiyə-Ermənistan Biznes İnkişafı Şurasının həmsədri Kaan Soyak Dağlıq Qarabağdakı qarşıdurmaların birbaşa Ermənistanın paytaxtı Yerevanda özünü göstərdiyini bildirib. İşlərin dayandığını söyləyən Soyak pandemiya ilə iqtisadiyyata onsuz da ciddi ziyan dəydiyini və Dağlıq Qarabağdakı döyüşlərin dükanların işləməməsinə və malların daşınmasına səbəb olduğunu vurğulayır. May ayında iqtisadi tənəzzül 12,8 faiz təşkil edib Ermənistan iqtisadiyyatı Dağlıq Qarabağdakı döyüşlərdən əvvəl də koronavirusa görə geriləmişdi. Bu ilin əvvəlinə qədər inamlı artım göstərən Ermənistan iqtisadiyyatına koronavirus ciddi təsir göstərib. May ayında ölkə iqtisadiyyatı əvvəlki ilə nisbətən 12,8 faiz geriləyib. Ermənistan Mərkəzi Bankı bu il koronavirusa görə ölkə iqtisadiyyatının 6,2 faiz azalacağını təxmin edir. Qurum 2021-ci ildə isə iqtisadi artımın yenidən 5 faizə yüksələcəyini proqnozlaşdırır. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Ermənistan iqtisadiyyatının 5 faiz azalacağını gözləyir. AYİB-in bu hesablaması Dağlıq Qarabağ bölgəsində döyüşlərin yenidən başlanmasından əvvəl elan olub. 2019-cu ildə 7,6 faiz nisbətində rekord artım Ermənistan iqtisadiyyatı 2019-cu ildə 7,6 faiz artıb. Bu, 2008-ci ildən bəri ən sürətli artım idi. İqtisadçı Hrant Mikaeliana görə, artımı təmin edən əsas sektorlar turizm, informatika, mədənçilik və qumar sahələridir. Norveçdə yerləşən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü qurumunun rəyinə görə, Ermənistanda mədən sənayesi 2015-ci ildə 50 faiz həcmində artıb. Bu, Ermənistanın ümumi sənaye istehsalının 17 faizi deməkdir. Mədənçıxarma şirkətlərinin Ermənistan büdcəsinə verdiyi pay 2017-ci ildə 61 faiz artaraq, ümumilikdə 7,1 faiz təşkil edib. IT sektoru isə 2010-2015-ci illər arasında 34 faiz artıb.
Gənclər arasında işsizlik 35 faizdir
Ermənistan iqtisadiyyatı son bir neçə ildə sürətlə inkişaf etsə də, bəzi struktur problemlər uzun müddətdir davam edir. Bunların arasında ən əsası işsizlikdir. Ermənistan Mərkəzi Bankı 2020-ci il üçün işsizlik səviyyəsinin 20,4 faiz olacağını gözləyir. Gənclər arasında işsizlik göstəricisi 35 faizdir. Bu, ölkədəki işçi qüvvəsinin digər ölkələrə köç etməsinə səbəb olur. Ermənistan əhalisi 3 milyona yaxın olduğu halda, 7 milyon erməni xaricdə yaşayır. Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan bundan əvvəl BBC Turkçe-yə verdiyi açıqlamada xaricdə yaşayan erməniləri ölkəyə qayıtmağa və məşğulluğa qatılmağa təşviq edən siyasəti dəstəkləyəcəklər. "Korrupsiyanı ortadan qaldıraraq, ədaləti bərqərar edərək sistemə inamı qaytaracağıq, bu onların geri dönməsini təmin edəcək ən əsas elementdir", - o deyib. Rusiyadan asılılıq İqtisadçı Sam Bhuti-nin Eurasianet xəbər saytında yazdığına görə, Ermənistan iqtisadiyyatının daha bir problemi ondan ibarətdir ki, o, Rusiyadan asılıdır. Rusiyanın Ermənistanın ən böyük ticarət tərəfdaşı və immiqrasiyanın ən çox istiqamətləndiyi ölkə olması, Ermənistan iqtisadiyyatını Rusiyada baş verən siyasi və iqtisadi hadisələrə qarşı kövrək vəziyyətə salır. 2018-ci ildə Ermənistan ixracının 28 faizi Rusiyanın payına düşüb, onun idxalının dörddə biri isə Rusiyadan təmin olunub.
Türkiyə və Azərbaycan ilə bağlı sərhədlər
Ermənistan iqtisadiyyatının daha bir böyük problemi ondan ibarətdir ki, onun iki sərhədi bağlıdır. Dağlıq Qarabağ münaqişəsi uzun illər həll olunmadığına görə Türkiyə və Azərbaycanın Ermənistanla sərhədləri bağlıdır. İqtisadçı Sam Bhuti məqaləsində yazır ki, bu sərhədlərin bağlanması Ermənistanı regionda hazırlanan nəhəng infrastruktur layihələrindən uzaq qalmasına səbəb olub. Onun sözlərinə görə, Türkiyə ilə sərhədin bağlanması Ermənistanın kənd təsərrüfatı ixracına mənfi təsir göstərir.
"İxrac baxımından Türkiyə ilə sərhədin açılması müsbət olardı"
BBC Türkçe-yə danışan iqtisadçı Hrant Mikaelyan vurğulayır ki, Ermənistanın İran və Gürcüstan ilə sərhədləri həm iqlim, həm də siyasi amillərə görə etibarlı deyil. "Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı olduğuna görə, ölkədə ticarətin ən böyük hissəsi Gürcüstandan keçən bir avtomagistral vasitəsilə həyata keçirilir". "Qış düşəndə yağan qara görə ticarət bir-iki aylıq dayana bilər. Digər tərəfədən, bu marşrut Rusiya ilə Gürcüstan arasında münasibətlərə görə də siyasi cəhətdən kövrəkdir. İranla ticarət yolu da İranın bəzi qonşuları və ABŞ-la münasibətləri baxımından siyasi cəhətdən həssasdır". "Türkiyə ilə sərhəd açıq olsaydı, Ermənistan həm Türkiyəyə, həm də Avropaya daha çox ixrac edə bilərdi, öz iqtisadiyyatını çeşidləndirə bilərdi,"- Mikaelyan qeyd edir.
Döyüşlər davam edərsə, iqtisadiyyata necə təsir edəcək?
Fitch Ermənistandakı siyasi və iqtisadi sabitliyin davam edəcəyini və Dağlıq Qarabağdakı döyüşlərin Ermənistanın iqtisadi və maddi cəhətdən zərər görəcəyi nöqtəyə gətirməyəcəyini proqnozlaşdırır. Ancaq Türkiyə-Ermənistan Biznes İnkişafı Şurasının həmsədri Kaan Soyak bununla razılaşmır. Soyak deyir ki, Ermənistanda iqtisadiyyatın yenidən işə düşməsi üçün atəşkəs ən qısa müddətdə elan olunmalıdır: "Qışın gəlməsi ilə enerji xətlərindəki hər hansı bir problem, nəqliyyat daşımalarının Rusiyanın əlində olması səbəbindən yaranan hər hansı bir problem iqtisadi cəhətdən əhalini daha çətin duruma salacaq".