Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağa və ətraf ərazilərə səfər etməkdən çəkinməyə çağırıb.
Britaniya XİN təmas xətti və Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulduğunu və bunun çoxsaylı insan tələfatı ilə nəticələndiyini xatırladıb: “Dağlıq Qarabağa Azərbaycan hakimiyyətinin icazəsi olmadan səfər edənlərin Azərbaycana girişinə qadağa qoyulacaq”.
Açıqlamada bildirilir ki, il ərzində 7 minə yaxın britaniyalı bizneslə əlaqədar Azərbaycana səfər edir və heç bir problemlə qarşılaşmır. /APA