NATO rəhbəri Ukraynaya gəlir

7-08-2014, 11:17   
NATO rəhbəri Ukraynaya gəlirSəfər sammit öncəsi baş tutacaq.
Sentyabrın əvvəllərində keçiriləcək Zirvədə NATO-nun müdafiə planları araşdırılacaq, təlimlər və tədqiqatların yeni cədvəli müəyyənləşdiriləcək.
ANS PRESS-in məlumatına görə, burada alyansın müasirləşdirilməsi ilə yanaşı Ukrayna ilə əməkdaşlığa da baxılacaq.
4-5 sentyabrda Cənubi Uelsdə keçiriləcək sammit ərəfəsində NATO baş katibi Anders Foq Rasmussen bu gün Ukraynaya gələcək. Belə ki, sammit çərçivəsində ölkə başçıları səviyyəsində Ukrayna-NATO komissiyasının iclası da nəzərdə tutulub.
Ukraynanın NATO missiyasının başçısı İqor Dolqov bildirib ki, sammit çərçivəsində keçiriləcək Ukrayna-NATO komissiyasının iclasında danışıqların nəticəsi olan birgə bəyannamə imzalanacaq. Sənəd əməkdaşlığın orta-sürətli perspektivinin proqramı ola bilər. 2008-ci ildə keçirilən Buxarest sammitində Ukrayna və alyansa arasında əməkdaşlıq illik milli-proqram əsasında razılaşdırılmışdı. Lakin ölkədə baş verən hərbi münaqişə Kiyevi təşkilatla daha sistemli əməkdaşlığa sövq edir.
Rasmussen səfər əsnasında ölkə rəhbərliyi ilə görüş keçirəcək. Görüş iştrakçıları sentyabrda keçiriləcək sammitin gündəmini müzakirə edəcəklər. Baş Katib həmdə Ukraynada aktual problemlər və Kiyevin NATO ilə əməkdaşlığın perspektivi qismində etdikləri ilə tanış olacaq. Plana əsasən Rasmussen Ukraynada bir neçə saat olacaq.
Ukrayna XİN-in məlumatına görə Rasmussen Kiyevə Ukrayna prezidenti Petro Poroşenko tərəfindən dəvət olunub. Xarici siyasət idarəsində səfər zamanı Ukrayna-NATO komissiyasının iclası müzakirə ediləcəyi təsdiq edilib.
Bundan əlavə XİN bildirib ki, Ukrayna rəhbərliyindən prezident, Ali radanın spikeri və baş nazirlə görüş nəzərdə tutulub.
Qeyd edək ki, Rasmussenin səfəri Ukraynanın fevral çevrilişindən narazı əhaliyə qarşı Donetsk və Luqansk ərazilərində keçirilən xüsusi əməliyyat fonunda baş tutacaq. BMT insan Hüquqları üzrə Komissiyasının Nümayəndəliyinin və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən alınan məlumata görə, aprelin ortasından iyulun 26-na kimi dinc əhalidən 1,1 min insan həyatını itirib, 3.4 mindən çox yaralı var. Moskva keçirilən xüsusi əməliyyatı qəddarlıq adlandıraraq Kiyev rəhbərliyini dayandırmağa çağırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar