Prezidentliyə namizəd masondur?

7-08-2014, 13:26   
Prezidentliyə namizəd masondur?Türkiyədə keçiriləcək prezident seçkisində namizəd olan Ekmələddin İhsanoğlu "Habertürk”ə müsahibə verib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkilərində müxalif partiyaların vahid namizədi olaraq namizədliyi təqdim edilən Ekmələddin İhsanoğlu haqqında səsləndirilən bəzi iddialara aydınlıq gətirib.

Ən əsas iddialar isə onun mason olması və professorluğunun yalan olması olub. İhsanoğlu hər iki iddia ilə bağlı fikirlərini səsləndirib.

"Mənim mason olduğumu deyənlər var. Xeyr, elə bir şey yoxdur. Belə böhtanlar mənə çox atılıb, lakin heç kimə cavab verməmişəm. Bildirmək istəyirəm ki, heç bir gizli təriqətə üzv olmamışam. Əgər belə bir şey varsa, sübut etsinlər. Günaha batırlar.” – deyə İhsanoğlu mason olmadığını bir daha ifadə edib.

Daha sonra isə professoluğunun saxta olması ilə bağlı səslənən fikirlərə aydınlıq gətirib:

"Türkiyədə professorluğun ən çətin vaxtlarında professor olmuşam. Şərqdən Qərbə – bir çox yerdə professorluğum tanınıb.”

Qeyd edək ki, Ekmələddin İhsanoğlu avqustun 10-da keçiriləcək prezident seçkilərində ölkənin hazırkı baş naziri, eləcə də prezidentliyə namizəd olan R.T.Ərdoğana əsas rəqib kimi göstərilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar