Almaniya kansleri Angela Merkel dərin dekoltelər və “köhnə dəblə” geyindiyinə görə tez-tez tənqid olunur. Modern.az saytı “Bild” jurnalına istinadən xəbər verir ki, ötən gün Zalstburq kinofestivalını ziyarət edən Merkelin 18 il öncə geyindiyi paltarda olduğu müəyyənləşib.
Alman jurnalistləri arxiv fotoları əsasında müəyyən ediblər ki, xanım dövlət başçısının kinofestivalın açılış mərasimində geydiyi geometrik “tunik” bundan öncə 1996, 2002 və 2009-cu illərdə onun əynində olub. Aydın olub ki, 18 il əvvəl Kaliforniyada aldığı tunik Merkelin ən sevdiyi paltarlarından biridir.