Uşaqlara bunları əsla yedizdirməyin!

8-08-2014, 16:46   
Uşaqlara bunları əsla yedizdirməyin!Tabloid.az xəbər verir ki, Amerika Pediatriya Akademiyası uşaqlar üçün təhlükəli 30 yeməyin adını öz hesabatında dərc edib:
Sosiska: Akademiya 10 yaşından kiçik uşaqlardakı boğulma hadisələrinin 17 faizinin sosiskadan qaynaqlandığını, sosiskalı buterbrodun bu xəbərdarlıqdan sonra satılması lazım olduğunu vurğulayıb.
Fuqu balığı: Kağız kimi nazik dilimlər halında satılan bu balıq növündə tetrodoksin adlı zəhərli maddənin miqdarı həddindən artıqdır.
Göyərtilər: İspanaq, göyərtilər, kahı, kələm və.s Bununla yanaşı, göyərtilər yaxşı yuyulmadığı təqdirdə bağırsaq bakteriyalarına yol açmaq ehtimalı da yüksəkdir
Qəhvə: Bu bitki infarkt riskini artırmaqla yanaşı, yuxusuzluq və dişlərin saralmağına səbəb olur.
Göbələk: Zəhərlənmə və uşaqlarda hallüsinasiyalar görməyinə səbəb ola biləcək qidalar sırasına daxildir.
Kartof qızartması: Kartof qızartması mütəmadi istehlak edildikdə tərkibindəki yüksək miqdarda olan akrilamid maddəsi damar sərtliyinə, piylənməyə və xərçəngə səbəb ola bilir.
Hamburger: Ən zərərli yağ növü olan trans yağların bu qidada həddindən çox olması ürək xəstəliklərinin yaranmasına təkan verir.
Spirtli içki: Spirtli içkilər beyin və sinir sisteminə mənfi yöndə təsir edir.
Üzüm: Tərkibində şəkərin miqdarı çox olduğuna görə şəkərli diabet xəstəliyi olanlar üçün zərərlidir. Ancaq üzümün düzgün istifadəsi zamanı uşaqlara çox faydalı olacağı da xüsusi vurğulanır.
Şokolad: Tərkibindəki yüksək miqdardakı kakao, şəkər və qatqı maddələrini özündə ehtiva edən şokolad qanda xolesterolun miqdarını yüksəldir.
Çipsi: Çipsi yeməyin yağ içməyə bərabər olduğunu deyən mütəxəssislər bu qidanın xərçəngdən piylənməyə, şəkərli diabetdən Alzheymerə qədər bir çox xəstəliyin yaranmasına səbəb olduğunu vurğulayırlar.
Dondurma:Tez xarab olma xüsusiyyətinə sahib olan dondurmanın məhz bu səbəbdən bağırsaq xəstəliklərinin yaranmasına təkan verdiyi aşkarlanıb.
Xəmir xörəklər: Bu cür yeməklər xolesterol tarazlığını pozur.
Dondurulmuş qidalar: Bu cür qidaları mədə və bağırsaq xəstəlikləri meydana gətirir.
Hazır şorba: Toz halına gətirilmiş bu hazır suplar, şorbalar xərçəngə səbəb olur.
Paytaxt salatı: Tərkibinə qatılan mayonez qida qaynaqlı xəstəliklərə səbəb olur. Lakin sirkə evdə hazirlanmış olarsa yemək olar.
Makaron: Xəmirdən hazırlanan makaronun çox istehlak edilməsi mədə xəstəliklərinə səbəb olur.
Tort: Tortların içində həddindən artıq olan şəkər, yağ, un kimi maddələr mədə xəstəliklərinə səbəb olur.
Qabıqlı dəniz məhsulları: Düzgün şəkildə təmizlənməyən qabıqlı dəniz məhsulları bağırsaq xəstəliklərinə səbəb olur.
Çiy yumurta: Tərkibində olan zərərli salmonella mikrobu bir çox xəstəliklərə gətirib çıxarır. Satışdakı süni toyuqların süni yumurtaları nəzərdə tutulur.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.