NATO Rusiya ilə bütün əlaqələrini təxirə salıb
Axar.az xəbər verir ki, bu barədə Kiyevi ziyarət edən NATO Baş katibi Anders Rasmussen bildirib. Rasmussen Ukrayna ilə yaxın əməkdaşlıq əlaqələrinin qurulacağını qeyd edib.
Ukrayna Parlamentinin spikeri Aleksandr Turçinov ilə görüşən Rasmussen Rusiyanın Avropanın təhlükəsizliyinə təhlükə törətdiyi üçün bütün əlaqələri təxirə saldıqlarını deyib.