"Həbslər birbaşa hakimiyyətin sifarişidir"

8-08-2014, 11:41   
"Həbslər birbaşa hakimiyyətin sifarişidir""Hakimiyyət bu istiqamətdə fəaliyyət göstərən təşkilatlara, hüquq müdafiəçilərinə göz dağı verir, onlara hədə- qorxu gəlir"

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı son günlər ölkədə genişlənən repressiya siyasətinin “qurbanlarına” çevrilmiş hüquq müdafiəçilərinin və ictimai fəalların qanunsuz həbsi ilə baglı narahatlığını bildirir. Alyans bu həbsləri birbaşa hakimiyyətin sifarişi, vətəndaş cəmiyyətinin sıxışdırılması və azad sözə qarşı olan hücum kimi qiymətləndirir.

Qurumun Meydan TV-yə daxil olan bəyanatında belə deyilir.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyans Leyla və Arif Yunusun, Rəsul Cəfərovun, müsavatçı Fərəz Kərimovun, cəbhəçi Ruslan Nəsirlinin həbsini hakimiyyətin birbaşa siyasi sifarişi hesab edir.

"Xüsusən, son illər siyasi məhbusların hüquqlarını qoruyan, onların siyahısını tərtib edərək yerli və beynəlxalq ictimaiyyətə təqdim edən, ölkədə söz, mətbuat və sərbəst toplaşmaq azadlığının təmin edilməsi istiqamətində yorulmadan qətiyyətli və ardıcıl mübarizə aparan tanınmış hüquq müdafiəçiləri Leyla Yunusun və Rəsul Cəfərovun həbsi ilə hakimiyyət onlardan qisas alır. Hakimiyyət bu istiqamətdə fəaliyyət göstərən təşkilatlara, hüquq müdafiəçilərinə göz dağı verir, onlara hədə- qorxu gəlir".

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı hakimiyyətdən hüquq müdafiəçilərinə, ictimai- siyasi fəallara qarşı davam etdirdiyi repressiya siyasətinə son qoların, ymağı, həbsdə olan bütün siyasi məhbusların dərhal və qeyd- şərtsiz azad olunmasını tələb edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.