Onun əsl adını tapa bilən varmı?
«Erməni girov danışdı». Bu, dünənki və bugünkü xəbər başlıqları arasında ən geniş yayılanıdır. Erməni girovun Tovuzdakı kənd çayxanasında və sonra da Şəmkirdəki ordu qərargahında danışdırılması üç gün əvvəlki müharibə olaylarından az əhəmiyyət daşımırdı. Adamlar bir həftədir erməni öldürür, kəndləri və rayonları geri alır, az qala Yerevana qədər bütün Ermənistanı artilleriya və raket qurğuları ilə şumlayırlar, amma nə isə çatmır.
Çatmayanın nə olduğu dünən bəlli oldu. Bu, diri erməni idi! Tovuzda yolunu Azərbaycan tərəfə salıb kənddəki bir qadından bir qurtum su və ya bir stəkan çay istəyən erməni. Bu dipdiri ermənini görən kənd sakinləri onun qənşərinə pivə bakalı qoyub təbii ki, şirin Tovuz ləhcəsi ilə ilk istintaqı aparırlar: «Ayə niyə müharibə salersınız?».
Axmaq adam, gic millət, sarsaq toplum.. Bakıda, Azərbaycanda səndən yaxşı yaşayan zümrə var idimi? Adam balası kimi yaşayıb bu ölkənin nəyi varsa, gen-bol yararlanmaqda idiniz! Elə vəziyyət yaratdınız ki, indi adamlar diri erməni görəndə hansı hisslər keçirdiyini də kəsdirə bilmir. Nə isə...
Tovuzlu qadın bu ermənini tutub kənd çayxanasındakı kişilərə, onlar kəndin polis sahə müvəkkilinə, polis sahə müvəkkili də «ayağından silmək üçün» hərbçilərə verir. Əməliyyatın bütün kodlaşdırılmış dramatik fəsilləri də bundan sonra başlayır. Axı bir həftədir yer-göy qan ağlayır! Bir həftədir ki, bu ərazilərdə tətbiq edilməyən silah-sursat yoxdur. Hər yandan od-alov ələnir!.. Necə olur ki, qotur bir erməni əlini-qolunu sallayıb rahatca Azərbaycana keçir, kənddəki qadından bir qurtum çay istəyir və kənd çayxanasında oturub kənd cavanlarının iynəli atmacaları qarşısında pərt vəziyyətə düşür? Bu, erməni diversant olmalıdır! Əynindəki nimdaş cins şalvar-köynəyin üstündən bir hərbi jilet atıb bunu elan edirlər divarsant və çıxarırlar Milli Qəhrəman olan ordu generalının hüzuruna! Di cavab ver, köpəkoğlu erməni! Onun üstündən alınan və o birilərin də qorxudan atıb getdikləri silahları bir eşşəyə yükləsən, bəlkə apara bilər (Ağıla gələn ilk şübhə adamın dalağını iynə kimi sancır ki, kəşfiyyatçı diversant qumbaraatanı gözünəmi soxacaqdı?). Amma hər halda, necə məsləhətdisə, elə də olsun. Oraya bir maşın silah da tökmək olardı. Ortalıqda bir maddi sübut olmadan 71 erməninin meyitini saytlara sərmişiksə, əlimizdə bu qədər diri arqument, həm də rus dilində bilmədiyi səbəbindən aborigen erməni dığası (Azərbaycanda hələ də elə bilirlər ki, erməniyə «dığa» demək onu təhqir etmək anlamı verir) varsa, onun boynuna və yan yörəsinə nə istəyirsən, düzüb qoşmaq olar.
[media=https://www.youtube.com/watch?v=OooWlICoBqU]
«Erməni girov danışdı»! Guya ki, lal idi? Danışmalı idi, əlbəttə. Elçin Behbudovdan soruşun, o sizə izah etsin. Ölkəmizin hərbi deyil, mülki polis məntəqələrində nə qədər adam ikicə müstəntiq şapalağından sonra bülbül kimi ötür. Məqsədim müqayisə etmək deyil. Hərbi əsirlərin taleyi budur. Onlarla dünyanın heç bir yerində protokol gözləmirlər. Hər cür soruşdurmadan əvvəl möhkəmcə çırpırlar. Sonra özünü naza qoymasın, deyə. Həm də psixoloji basqı olsun gərək. Əsir düşünə bilər ki, əgər onu bu qədər döyüb soruşdurmağa aparırlarsa, deməli sağ qalma ehtimalı var. Yoxsa, niyə döysünlər ki? Kəlbəcərdə girov götürülən və Azərbaycan diversantı kimi Ermənistan generalının (amma deyəsən, ermənilər daha konsprisayisalı idilər və həmin generalın sifatini göstərmirdirlər) qənşərinə çıxarılan Dilqəm və Şahbaza da eyni işgəncəni vermişdilər və yəqin ki, indi də təkrar edirlər. O zaman yayılan bir videoda Ermənistanın hərbi ekspertləri iddia edirdilər ki, bunlar diversant-filan deyil və hərbi məmurlar yalan danışırlar. Azərbaycan hərbi ekspertləri hələ bizim təzə erməniyə bir ad qoymayıblar. Onu hamı Ermənistanda qeydə alındığı adla təqdim edir. Amma bu adam diversantdırmı? Məncə, onu geri verin, Şahbazla Dilqəmi alın! Mənasız, sifətindən hətta qoyun otarmağa da yaramayan avara bir köy çobanına bənzəyən bu adamdan heç bir ağlabatan informasiya almaq, onu nəyinsə gözünə qatıb işə tikmək mümkün olmayacaq onsuz da. Daha onun işi bitib. Kimə nə lazım idisə, onu da boynuna qoyub. Kəndli qadın onu çayxanadakı kişilərə, oradakı kişilər polisə, polis də hərbçilərə təhvil verib, hərbçilər isə «əməliyyat keçirib tutmuşuq» deyiblər və bu versiyanı da hamı qəbul edib. Daha nə istəyirsiz ki? Verin bunu o iki həmvətənimizi geri alın. Nə onlar diversant idi, nə də bundan diversant çıxar. Bu, heç poçtalyona da oxşamır...
[media=https://www.youtube.com/watch?v=yifCuteVDMY]