Kanada Ukraynanın şərqində təhlükəsizliyin təmin edilməsinə yardım məqsədilə Ukrayna ordusunu qeyri-hərbi yardımla təmin edəcək.
Bununla bağlı açıqlamanı Kanadanın Baş naziri Stiven Harper verib. Onun sözlərinə görə, orduya göndəriləcək avadanlıq sərhəd bölgəsində əsgərlərin fiziki və tibbi müdafiəsini təmin etməyə kömək edəcək dəbilqələr, gözlüklər, zirehli gödəkçələr, çadırlar və s. ibarətdir. O deyib ki, bu yardım Ukrayna təhlükəsizlik qüvvələri və sərhəd rəsmilərinə sərhəddə qeyri-qanuni keçidlərin müəyyən edilib qarşısını almağa kömək edəcək.
NATO Rusiyanın Ukrayna sərhəddində minlərlə əsgəri qüvvənin yerləşdirərək, hazır vəziyyətə gətirilməsi ilə bağlı narahatlığını bildirib. Rusiya tərəfdarı separatçılar Ukraynanın şərq bölgələrinə nəzarət edir.
Kanada hökuməti Ukrayna böhranında prezident Vladimir Putini günahlandıraraq, Rusiya qarşı sanksiyalar tətbiq edib. Lakin hələlik bu sanksiyalar Vladimir Putinin Kanadada biznes maraqları olan əsas müttəfiqlərinə şamil edilməyib. (amerikaninsesi.org)