Polşadan Azərbaycandakı repressiyalara sərt etiraz

10-08-2014, 18:55   
Polşadan Azərbaycandakı repressiyalara sərt etiraz"Hakimiyyəti Avropa Şurası, ATƏT və BMT qarşısında öhdəliklərə əməl etməyə çağırırıq”

Polşa hökuməti Azərbaycanda son repressiyalarla bağlı etiraz bəyanatı yayıb. Bəyanatda deyilir:

“Polşanın Xarici İşlər Nazirliyi Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının siyasi motivli həbsi ilə əlaqədar narahatlığını ifadə edir. Biz xüsusən hörmətli vəkil və hüquq müdafiəçisi İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Həsən Hüseynli, Rəsul Cəfərov, jurnalist Rauf Mirqədirov, eləcə də müxalifət partiyalarının çoxsaylı fəalları və onların ailə üzvlərinə qarşı repressiyalardan təşvişə düşmüşük. Siyasi motivli həbslər və saxlanmalar zamanı istifadə olunan əsassız ittihamlar ciddi narahatlıq doğurur.

Öz vətəndaşlarına qarşı əsas hüquq və azadlıqların pozulması daha çox qeyri-stabilliyə və sosial gərginliyə gətirib çıxarır. Bu, həmçinin, Avropa ilə əməkdaşlıqda ciddi maneə yaradır. Biz Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti fəallarına, müxalif siyasətçilərə və onların ailə üzvlərinə qarşı repressiyalara son qoymağa, həmçinin, Avropa Şurası, ATƏT və BMT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.