Daha bir rayonda əməliyyat: vəzifəli şəxslər saxlanıldı - Video
5-02-2021, 15:15
13:36 Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb. Anaxeber.info Unikal.org-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb. Qeyd edək ki, R. Allahverdiyev 1999-cu ildən bələdiyyə sədridir. Şahbaz Mehdiyev isə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib.