“Bəşəriyyət yaxın zamanda daha ölümcül bəlalarla üz-üzə qalacaq”.Cebhe.info xəbər verir ki, bunu milyarder Bill Qeyts deyib.
O bildirib ki, belə təhlükələrdən biri kilmat dəyişikliyidir.
“Qlobal istiləşmə nəticəsində hər il ölü sayı artacaq, həlak olanların sayı hətta koronavirus və digər pandemiyalardan da çox ola bilər", -deyə milyarder xəbərdarlıq edib.
İkinci böyük təhlükə olaraq Bill Qeyts bioterrorizmi göstərib:
"Kimsə bəşəriyyətə böyük masştablı ziyan vurmaq istəsə, yeni ölümcül virus yarada bilər. Nəticə isə faciəvi olacaq"./Anaxeber.info/Xatırladaq ki, "Microsoft"un qurucusu olan milyarder bundan əvvəl də dəfələrlə bu qəbildən olan açıqlamalarla gündəmə gəlib. Bildirib ki, dünyada milyonlarla insanı müharibə yox, yoluxucu virus öldürəcək.
Xəzər
Cebhe.info