PUTİNİN GÜVƏNİ RUSİYANI HARA APARIR?

13-08-2014, 14:07   
PUTİNİN GÜVƏNİ RUSİYANI HARA APARIR?ABŞ-ın “Foreign Affairs” siyasi-analitik jurnalı “Putinin güvəni” adlı maraqlı məqalə dərc edib. Məqalədə Rusiyaya qarşı artan sanksiyalardan sonra çıxılmaz vəziyyətə düşən Putinin manevr imkanları və qarşıda atacağı ehtimal olunan addımları təhlil olunub.

AzPolitika.info həmin məqalənin tərcüməsini təqdim edir:

17 iyulda Şərqi Ukraynada çox güman ki, üsyançı silahlılar tərəfindən “Malayziya Hava Yollarına” məxsus “MH-17” reysi ilə uçan sərnişin təyyarəsinin vurulmasından sonra ABŞ və Avropa Birliyi Rusiyaya qarşı yeni və daha geniş sanksiyalar tətbiq etməyə başladılar. Buna cavab olaraq üsyançılardan kənar durmaq əvəzinə, Vladimir Putin Ukrayna istiqamətindəki fəaliyyətlərini xeyli dərəcədə artıraraq onların köməyinə yürüdü.

putinBjuly14-489858Putinə üsyançılara yardım etmək siyasətindən əl çəkmək imkanı verilsə də o, vəziyyətin daha da gərginləşməsi yolunu üstün tutdu. Bu cür hərəkətlə o, öz ölkəsini təcrid və iqtisadi çətinliklərə salır. Keçən həftə prezident Obama Putinin özünü qeyri-rasional aparmasını bildirmişdi.

Putin və onun ətrafının fikrinə görə, ABŞ başda olmaqla, Qərb Rusiyanı zəiflətmək və parçalamaq cəhdlərindən əl çəkmək istəmir.Ukrayna onlar üçün qırmızı xəttdir. Ukraynanın qərbyönümlü kurs tutacağı düşüncəsi Putində bərk inciklik və paranoya yaradıb.

Bəlkə də Ukraynaya görə Qərb ilə Rusiya arasındakı qarşıdurma Putin üçün tamamilə cazibədər bir perspektiv kimi də görünə bilər. Soyuq müharibə dövrünün xüsusiyyətlərindən Putin belə bir dərs götürüb ki, güzəştə getmək məglubiyyət deməkdir.

“MH-17” sərnişin təyyarəsinin faciəsindən sonra onun önündə Ukraynadakı avantüranı dayandırmaq və ya əksinə bu işə daha da aktiv girişmək kimi seçim dayanmışdı.

AUSTRALIA-MALAYSIA-RUSSIA-UKRAINE-POLITICS-CRISIS-PLANE-ACCIDENTDünya ölkələrinin bütün narazılıqlarına baxmayaraq, Putin ikinci varianta üstünlük verdi. Görünür ki, Rusiya Qərbdən uzunmüddətli təcrid olunmağa hazırlaşır. Bunu Moskvada “mobilizasiya” və “konsalidasiya” da adlandırırlar.

Putin Rusiyaya sanksiya tətbiq etmiş ölkələrdən qida məhsullarının ixrac olunmasına qadağa qoyub. Ərzaq məhsulları pərakəndə satışının Rusiyadakı idxalın 30% -ni təşkil etdiyini nəzərə alsaq, bu addım rus istehlakçılarına daha çox ziyan vuracaq.

Bütün bu hadisələrdən sonra Rusya daxili siyasətini sərtləşdirəcək və qarşıdurmalı xarici siyasət kursunu gücləndirəcəkdir. Putinin hesab kitabını dəyişdirməkdən ötrü əgər mümkünsə illər gərəkdir. Putin ölkənin izolyasiya yükünə tab gətirəcəyinə və prezident hakimiyyətinə təhlükə törədə biləcək ictimai narazılıqların olmayacağına güvənir.

Qısa müddətli perspektivdə Rusiyaya ziyan vuran faktorlar siyasi nöqteyi-nəzərdən Putin hakimiyyətini qoruya da bilər. ABŞ-ın “Brukinq” analitik araşdırmalar institutundan Kliford Qeddi və Bari Ayks Rusiyanı belə təsvir edirlər: “Bir çox məsələlərdə Rusiya iqtisadi cəhətdən bəsit, eybəcər bir böcək kimidir. Ancaq o, müxtəlif qeyri-münbit şəraitlərdə sağ qalıb yaşamaq bacarığını da nümayiş etdirə bilir”.

ABŞ və Avropanın sanksiyaları çox ehtimal ki, Rusiya iqtisadiyyatının inkişaf tempini böyük ölçüdə aşağı salacaq. Lakin bunlara baxmayaraq, Qərb ölkələri Kreml gəlirlərinin yarısını verən neft və qaz ixracının qabağını kəsən sanksiyalar tətbiq etməyiblər. Beləliklə də tətbiq ediləcək indiki sanksiyalar neft və qaz gəlirlərinə böyük təsir göstərməyəcəyi səbəbindən əmək haqlarının kəskin aşağı düşəcəyini gözləməmək də olar. Bu faktor isə siyasi stabilliyin qorunmasında xüsusi və mühüm yer tutur.

147716_600Ancaq Rusiyanın qarşılaşacağı iqtisadi təcrid ölkə biznes-elitasının narazılığına səbəb ola bilər. Çünki xarici banklar kredit verməyi dayandıracaqlarına görə, özəl firmalar dövlətə müraciət etməli olacaqlar. Gələn ilin sonuna kimi isə Rusiyanın böyük bankları 50 milyard dollar həcmində yenidən maliyyələşmə prosesindən keçməlidir.Ümumiyyətlə isə rus firmaları kreditor təşkilatlara 100 milyard dollar ödəməlidirlər.

İlk dövrlərdə karbohidrogenlərdən əldə edilən gəlirlər Rusiya üçün müəyyən qədər yetərli olsa da sonralar təhlükəli məqamlar üzə çıxmağa başlayacaq. Məsələn, axırıncı sanksiyalar Rusiyanın yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmasını qadağan edir ki, bu da Arktika və dəniz şelfindəki kəşfiyyat- neft yataqlarının işlənməsi üçün çox vacib sayılır. Hal- hazırda Rusiya neftinin 80% -ini verən Sibirdəki yataqlar tükənməyə başlayıb.

Ölkəyə yeni neft mənbələri lazımdır. Rusiya hökumətinin ehtiyat fondunda 170 milyard dollardan artıq pul saxlanılır.Amma yaxın zamanlar içərisində Moskva rublu normal məzənnədə saxlamaq və dövlət banklarını xilas etməkdən ötrü xeyli pul sərf etmək məcburiyyətində qalacaq. Elə ona görə də dövlət iqtisadiyyata az investisiya xərcləyəcək və pulların xeyli hissəsini isə anti-böhran tədbirlərinə yönəldəcək.

Ancaq Putin administrasiyası ölkədə baş verəcək bütün çətinliklərin və çatışmazlıqların hamısını Qərbin üzərinə yıxmağa çalışacaq. Belə ki, 90% Rusiyalılar üçün əsas informasiya mənbəyi hakimiyyətin tam nəzarəti altındakı televiziyadır və Putin də onun köməyi ilə məhz bu versiyanın işələyəcəyinə inanır. Çox böyük ehtimalla müəyyən bir vaxt ərzində ümumi düşmənə qarşı birlik göstərmə hissi narazı qüvvələrin səsini batıracaqdır.

Putin-T-Shirt-Mickey-Rourke-485x330İctimai fikrin araşdırılması üzrə müstəqil “Levada–mərkəz” agentliyinin direktoru Lev Qudkov qeyd edir ki, Putin əvvəlcə Krımın işğalından, daha sonra isə Şərqi Ukraynadakı müharibədən yararlanaraq cəmiyyətin illər ərzində yığılmış yayğın aqressiyasından istifadə edə bildi. Lakin hələlik bu eyforiya ruslara heç nə verməyib. Putinin reytinqi 80%-i ötsə də Rusiyalıların əksəriyyəti dövlət stukturlarının korrupsiya mexanizminə bulaşmış olduğunu bildirirlər. Ruslar belə hesab edir ki, dövlət onlardan xeyli uzaqlaşıb.

Qudkovun fikrinə görə, bu cür potensial rusların entuziazmını mənasızlaşdırır və özünü dövlət qarşısında gücsüz hiss etmək düşüncəsi vətandaşları məsuliyyətsizləşdirir. Nəticədə isə Putinin Ukraynadakı avantüralarını qəbul edən Rusiya vətandaşları bu hadisələrdən ziyan çəkmək də istəmirlər.

Ümumiyyətlə isə hər şey Ukraynadakı hadisələrin necə davam etməsinə bağlıdır. Hazırda Ukrayna ordusu üsyançıların qalası sayılan Donetsk şəhərini demək olar ki, mühasirəyə almaq üzrədir. Əgər Kiyev qüvvələri Donetski yıxarlarsa, Putin iki variantla üzləşəcək. Birincisi, əgər əhalinin qanı axıdılarsa onları müdafiə edəcəyinə söz verən Putin rusların gözündən düşəcək. İkincisi isə üsyançıların döyüş meydanında məglubiyyətə uğraması Putinin Ukraynanı necə görmək xəyalını dağıdacaq.

aa-Ukraine-Dees2Hazırda rus hərbçiləri Ukrayna sərhədləri yaxınlığnda döyüş təlimləri keçir. Bu isə humanitar yardım əməliyyatı altında hərbi müdaxiləyə bəhanə də yaradır. Putin hələlik gözləmə mövqeyinə üstünlük verərək bir neçə ay ərzində üsyançılara köməklik etmək fikrindədir. Kreml ümid edir ki, Ukraynanın hərb meydanındakı itkiləri getdikcə artacaq və onların iqtisadiyyatı zəifləyəcək. Qarşıdan isə qış gəlir və perspektivdə Ukraynanın qaz ehtiyacı da durur.

ABŞ və Avropa hesab edir ki, sanksiyaların təsirindən iqtisadi izolyasiyaya salınmış Putinin Ukrayna hadisələrinə olan müdaxiləsinin qarşısını ala biləcəklər. Bəlkə də onlar haqlıdırlar.

Amma son dövrlər Putin revanşist ideologiyaya meyillənir və həmçinin praqmatik taktik rolunu oynamağı da bacarır. Putinin fikrinə görə, o, öz ölkəsinin maraqlarını əvvəlkindən də artıq güclə müdafiə etməlidir. Ona görə ki, bütün bu sanksiyalardan sonra onun üçün itirəcək demək olar ki, heç nə yoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar