Azərbaycandakı repressiya Qərbi hərəkətə gətirdi

14-08-2014, 12:22   
Azərbaycandakı repressiya Qərbi hərəkətə gətirdiABŞ və Avropa Birliyi məsləhətləşmələrə başladı; vəziyyəti dəyişməyin yolları axtarılır

Vaşqinton Azərbaycanda vətəndaş cəmiyyətinin boğulması ilə bağlı indiki kampaniya ilə bağlı Avropa Birliyindəki tərəfdaşları ilə məsləhətləşmələr aparır.
Vaşinqtondakı diplomatik mənbələrdən “Turan”ın müxbirinə məlum olub ki, amerikalı və avropalı diplomatlar beş verənləri ciddi izləyirlər.

ABŞ-da siyasətçilər və diplomatlar İlham Əliyev hökumətinin vətəndaş cəmiyyətinə təzyiqlərindən, tənqidçi səsləri kəsmək istəyindən narahatlıq ifadə ediblər. Bunu son illərdə insan haqlarına ən ciddi təzyiq kimi qiymətləndiriblər.

“Hökumət xarici donorlardan qrant alan hər kəsə qarşı “ov”a çıxıb. Bu, Qərb Azərbaycanda keçənilki prezident seçkilərini tənqidə məruz qoyandan sonra başlayıb” - deyə adının çəkilməsini istəməyən diplomat bildirib. O, həmçinin qeyd edib ki, hökuməti ciddi tənqidə məruz qoyanlar həbsə alınıblar və onlara qarşı uydurma ittihamlar irəli sürülüb.

Hazırda ABŞ, Avropa Birliyi və başqa regional tərəfdaşlar məsələni həll etmək, azad və ədalətli cəmiyyət qurmaq səyləri göstərən Azərbaycan vətəndaşlarına dəstək olmaq yolları axtarırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.