Braziliyada Sosialist partiyasının prezidentliyə namizədi Eduardo Kampos Santos şəhərində təyyarə qəzasında ölüb. Kamposun olduğu özəl təyyarə yaşayış məntəqəsində düşüb. 10 nəfərin xəsarət aldığı bildirilir.
San Paolo şəhərindən təxminən 60 km aralıda baş verən qəzanın səbəbləri hələlik məlum deyil.
Braziliya prezidenti Dilma Russef 3 günlük matəm elan edib və seçkiqabağı kampaniyasını dayandırıb.
Braziliyada prezident seçkiləri oktyabrın 5-də keçiriləcək.