Azərbaycanda partiya sədrinə qarşı PKK tərəfindən sui-qəsd hazırlanıb.
Publika.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 2002-ci ildə həbsdən çıxan zaman həbsxanadakı PKK-çı kürdün onu öldürmək istədiyini deyib.
“Gecə azad olunmağım barədə qərar verildi və məni yarım saat ərzində gizli yollarla çıxarıb evimə apardılar. Sonradan öyrəndim ki, həbsxanadakı PKK-çı kürdün həmin gecə məni öldürmək niyyəti olub. Məqsədi isə Azərbaycanda daha on il həbsdə qalmaq idi. Çünki onu Türkiyədə ömürlük həbs gözləyirdi. Azərbaycanda həbs müddəti başa çatandan sonra onu Türkiyə həbs edəcəkdi. O, on ərzində Türkiyədə unudulacağını və başqa ölkədə rahat yaşaya biləcəyini düşünüb. Özbək ona deyib ki, cəmiyyətdə ajiotaj yarada biləcəyi adamı öldürməlisən. Nəhayət məni öldürəcəyi barədə razılığa gəliblər. Amma hökumətin bundan xəbəri yox idi. Həbsxana əməkdaşları məni gecə evimə apardı. Bu bir təsadüf imiş. Əgər bir az da geciksəydim, məni öldürəcəkdi, - deyə S. Cəlaloğlu bildirib.
Qeyd edək ki, S. Cəlaloğlu 2003-cü ildə həbs olunub. O, 2005-ci ildə isə prezident tərəfindən əfv olunub.