Lənkəranda bir nəfər bıçaqlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bıçaqlanma hadisəsi ötən gecə toy məclislərindən birində baş verib.
Belə ki, saat 22.30 radələrində rayonun Rvo kəndindəki şadlıq saraylarının birində keçirilən toy məclisi zamanı kənd sakini, 34 yaşlı Ramin Əzizov qohumu və dostu olan 19 yaşlı İlkin Teymurovu bıçaqlayıb. Ramin Əzizov bıçaq zərbələri endirdikdən sonra hadisə yerindən qaçıb.
Yaralı vəziyyətdə olan İlkin Teymurov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının üzərində 3 saata yaxın əməliyyat aparıb. Həkimlərin sözlərinə görə, bıçaq zərbəsi İlkin Teymurovun mədəsini zədələyib.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları Ramin Əzizovu saxlayıb. Bıçaqlanma hadisəsinin şəxsi münaqişə zəminində baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.