Sərdar Turqut“Habertürk”, Türkiyə, 03 mart 2021-ci il Qlobal sistemdəki böyümə potensialı olan yeni münaqişənin anlamını yaxşı öyrənib açmalıyıq. Çünki
bu münaqişə rəqəmsal əlaqələr üzündən böyük bir kənd halına gələn qlobal sistemdəki bütün ölkələrə təsir edəcəkdir. Əksi qeyri-mümkündür.
Bir müddətdir ABŞ-ın rəqəmsal dünyada hegemonluq qurmaq üçün aqressiv davranış sərgiləyən
Çinə qarşı bir sıra addımlar atmaqda olduğu barədə analizlər aparılır. Görünən odur ki,
ABŞ, demokratik ölkələrin rəqəmsal dünyada Çinə qarşı apardığı savaşı birlikdə apara bilmələri üçün texno-demokratiyalar cəbhəsi yaratmağa çalışır.
“Texno-demokratiya” anlayışı“Texno-demokratiya” anlayışı ilk dəfə
“Foreign Affairs” jurnalının 2020-ci il noyabr-dekabr sayında
Cared Koenlə
Riçard Fonteynin birgə yazdığı
“Uniting the Technodemocracies (How To Built Digital Cooperation)” başlıqlı yazıda ortaya atıldı.
Bu müəlliflərə görə,
inkişaf etmiş demokratik ölkələr rəqəmsal dünyanın hakimiyyətini totalitar Çinə buraxmamaq üçün əməkdaşlığa gedərək, texno-demokratiya cəbhəsi quraraq, texno-avtoritarizmə qarşı aktiv mübarizə aparmalıdırlar.
Plana görə,
texno-demokratiya cəbhəsi öncə “T-12” adlandırılacaq və texnoloji baxımdan inkişaf etmiş olan bu ölkələrdən təşkil olunacaqdı: ABŞ, Avstraliya, İngiltərə, Kanada, Finlandiya, Fransa, Almaniya, Hindistan, İsrail, Yaponiya, Cənubi Koreya və İsveçrə.“Rəqəmsal ipək yolu”na qarşıQərb aləmində rəqəmsal hakimiyyətlə bağlı həyəcan siqnalı hələ 2015-ci ildə, Çin
“Made in China 2025” və
“Rəqəmsal ipək yolu” layihələrini açıqlayaraq öz aqressiv iqtisadi hakimiyyət niyyətini açığa çıxaran kimi çalınmışdı. O gündən etibarən pərdə arxasında keçirilən görüşlər və görülən hazırlıqlarla bugünkü texno-demokratiya cəbhəsinin formalaşdırılması yolunda irəliləmə başlamışdı.
Əslində Çin panikaya düşübHeç bir açıqlama verilməsə də, Çinin özünə qarşı formalaşdırılmaqda olan texno-demokratiya cəbhəsinin gücündən panikaya düşməyə başladığı ötən ay bir çinli düşüncə qurumu olan
“Shangai Institute for International Studies” tərəfindən
Çen Dunsyao imzası ilə nəşr edilən
“Competition Without Catastrophe-A new China-US Cybersecurity Agenda” (“Qəzasız rəqabət: Yeni Çin-ABŞ kiber təhlükəsizlik gündəliyi” – tərc.) başlıqlı tədqiqat işindən bəlli oldu.
Bu tədqiqat işində Çinin rəqəmsal dünyada fəaliyyət sahəsində ABŞ-la münaqişə yerinə əməkdaşlıq yolunu seçəcəyi vurğulanırdı. Qərb aləmində bu niyyətin nə qədər ciddiyə alına biləcəyilə bağlı şübhələr var və bu tədqiqat yalnız Çinin texno-demokratiya cəbhəsinə qarşı öz təhlükəsizliyini təmin etmə cəhdi olaraq qəbul edilir.
Effektiv işABŞ-ın Türkiyədəki keçmiş səfiri və hazırda
“Freedom House”-un rəhbəri olan
Maykl Abromovitslə bu təşkilatın İdarə Heyətinin yeni sədri
Maykl Çertoffun birgə imzasıyla yazılan
“The Global Threat of China’s Digital Authoritism” (“Çinin rəqəmsal avtoritarizminin yaratdığı qlobal təhdid” – tərc.) tədqiqat işi, Çinin rəqəmsal dünyada yaratdığı təhdidi ortaya qoyan effektiv bir iş kimi, ABŞ və Avropanın müvafiq dairələrində nüfuzlu və önəmli bir tədqiqat olaraq qəbul edilir.
Avropa Komissiyası da
“Joint Communication: A new EU-US Agenda for Global Change” (“Birgə kommunikasiya: Qlobal dəyişiklik üçün yeni AB-ABŞ gündəliyi” – tərc.) başlıqlı mövqe sənədi ilə Çinin rəqəmsal avtokratiyasına qaşı ABŞ-la birgə işləməyə hazır olduğunu bəyan edib.
Bir müddət idi ki, AB daxilində ABŞ-ın liderlik etdiyi rəqəmsal demokratiya cəbhəsindən kənardaqalma meylləri var idi. Ancaq
bu mövqe sənədinin açıqlanmasından sonra AB-nin də Çinə qarşı qurulan cəbhə daxilində güclü bir şəkildə yer alacağı gözləntisi yaranıb.Rəqəmsal dünyada cəbhələr bu şəkildə aydın bəlli olduğundan, qarşıdakı günlərdə rəqəmsal dünya hakimiyyəti üçün Çinlə ABŞ-ın başını çəkdiyi cəbhələrin sərt bir münaqişəyə – qarşıdurmaya girəcəyini təxmin edə bilərik.Tərcümə Strateq.az-ındırAnaxeber.info