Bu gün Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yerləşən bəzi yanacaqdoldurma məntəqələrinin sökülməsinə başlanıb. Bu barədə Turan-a yerli fəal Emil Məmmədov bildirib.
Onun sözlərinə görə, fəaliyyəti Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi tərəfindən araşdırılan “Hacıoğlu”, “Cız-bız”, “Ulduz” və “İpək yolu” restoranlarının və “Masallı” kafesinin sahiblərinə obyektləri sökmək göstərişi verilib.
Qeyri-rəsmi məlumatlara görə, söküntüyə səbəb torpaq sahələrinin qanunsuz olaraq tikinti üçün ayrılmasıdır. “Bu halda tikintiyə qanunsuz icazə verənlər cəzalandırılmalıdır. Digər tərəfdən, məhkəmə qərarı olmadan obyektlərin sökülməsi qanunsuzdur”, deyə Məmmədov bildirib.