Şeyx dini icma rəhbərlərini ABŞ-a aparır

25-04-2014, 12:47   
Şeyx dini icma rəhbərlərini ABŞ-a aparır
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 29-30-da "ABŞ - Azərbaycan Konvensiyası: Gələcəyə Baxış" mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfərə gedəcək.
O, Azərbaycandakı dini konfenssiya rəhbərlərinin Provoslav icmanın rəhbəri Arxiyepiskop İşeyin, Dağ Yəhudiləri icmasının başçısı melih Yevdayev və Katolik icmanın ordinarisi Vladimir Fekerenin daxil olduğü nümayəndə heyəti tədbirin "Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması" mövzusunda IV sessiyasında iştirak edəcək.

Sessiyanın panel iclasında QMİ sədri A.Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.