Klubun "Amrahbank ilə razılığa gəldiyi bildirilir
Türk Telekom ilə yollarını ayıran klubun bu dəfə Azərbaycanda fəaliyyət göstərən "Amrahbank"la razılaşdığı iddia olunur.
Kluba yaxın mənbələrin Türkiyə mətbuatına bildirdiyinə görə, "Qalatasaray" yeni mövsümdə formasının üzərində "Amrahbank"ın loqosu ilə çıxacaq.
Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi formanın üzərindəki reklama görə, 10 milyon dollar tələb edir. Daha əvvəl bildirilirdi ki, sponsorluqla bağlı SOCAR klubla razılığa gəlib. Lakin sonradan bu xəbər təsadiqini tapmadı.