Çeçenistan canişini Ramzan Kadırovun sərvətləri və xanımları haqqında sensasional məlumatlar üzə çıxdı

7-04-2021, 23:19   



Biznesmenlərdən alınan xəraclar, milyardlıq varidat, Moskvada bahalı evlər, villlalar...

“Çeçenistan Rusiyada adi dünyəvi qanunların işləmədiyi bölgəyə dönüb. Muxtar respublika demək olar ki, Kadırov və klanının malikanəsinə çevrilib”.Rusiyada korrupsiya faktlarının ifşa edilməsi üzrə tanınmış “Proyekt” saytı çeçen lider və ailəsi ilə bağlı maraqlı məlumatları üzə çıxarıb.
Yazıda Ramzan Kadırovun rəsmi qeydiyyatda sadəcə bir arvadının olmasına rəğmən şəriətlə özünə 2 və ya 3 xanım aldığı bildirilib.

Medni Kadırova, Ramazan Kadırov
Bunlardan biri çeçen müğənni və rəqqas Əminət Əhmədova olduğu deyilir. Gələn məlumatlara görə, Ramzan Kadırova yaxınlığı səbəbindən onun atasının rəhbərlik etdiyi “Daymokx” aldı rəqs ansanblını Avropada daha heç kim qastrol səfərinə dəvət etmir.
Ramzan Kadırovun daha bir xanımı haqqında informasiyalar da diqqəti cəlb edir. 2006-cı ildə Çeçenistanda birinci və sonuncu gözəllik yarışmasında ikinci sıranı Fatima Xazuyeva adlı bir qız tutub. Ötən il Qroznı şəhərində onun atası Şeyxi Xazuyevin adına məscid də açılıb. Maraqlıdır, bu adam ruhani olmamağı bir yana, ümumiyətlə dinlə əlaqəsi olmayan birisidir.

Fatima Xazuyeva
Lakin onun qızının Qroznıda, “Kişinyov” adlı lüks səmtdə, Ramzan Kadırovun rezidensiyası ilə üzbəüz, açıq hovuzlu malikanəsi var.
Çeçenistan sakinləri Fatimənin Ramzan Kadırovun dini nikahlı arvadı olduğunu bildirirlər. Bu informasiya çeçen blogger və Kadırovun opponenti Tumso Əbdurrəhmanov tərəfindən də təsdiqlənib. Onun sözlərinə görə, Fatimə Xazuyevanın qardaşı Aslanbəy Xazuyev birdən-birə varlanıb və hazırda Çeçenistanın maliyyə nazirinn müavini postunu tutur.

Ramzan Kadırovun Moskvadakı sərvəti isə Rusiya mətbuatının sevimli mövzularından biri sayılır. Jurnalistlər Moskvada onun milyonlarla dollarlarını idarə edən Pavel Krotov adlı hüquqşünasdan danışırlar.
Ramzan Kadırovun maliyyə qaynaqlarından biri formal olaraq onun atası Əhməd Kadırovun adına yaradılmış xeyriyyə fondudur. Təkcə 2019-cu ildə həmin fonda 6 milyard rubl (77 milyon 220 min ABŞ dolları) pul yığılıb. Lakin fondun xeyriyyəçilik məqsədləri ilə xərclədiyi məbləğ bunun qat-qat aşağısındadır.
Məsələn 2019-cu ildə verilən rəsmi rəqəmlərə görə, fond xeyriyyə yardımlarına 2,8 milyard rubl, öz idarəçilik aparatına isə 4 milyarddan çox vəsait sərf edib. Qəribədir ki, fondun öz işçilərinə ödədiyi maaşın ümumi miqdarı cəmi 8 milyon rubl olub. Qalan 4 milyardın, yəni 51 milyon 480 min ABŞ dolların hara getdiyi bilinmir. Rusiya qəzetləri R.Kadırovun yerli sakinlərdən, xüsusilə də dövlət qulluqçularından və biznesmenlərdən 10%-lik məcburi vergi, daha doğrusu xərac aldığını yazırlar. Kadırovun “xeyriyyəçiik fondu” heç də fəaliyyəti ilə uyğun gəlməyən işlərlə də məşğuldur. Buraya tikinti biznesi, mineral su istehsalı, soyuducu kombinatı (həmin kombinatda “Ramkada” markalı dondurma da istehsal olunur) da daxildir.
 
Sadə çeçenlərdən başqa Ramzan Kadırova yaxın Umar Cəbarayılov və Ruslan Baysarov kimi biznesmen dostlardan və onun Putinlə yaxınlığından istifadə etmək istəyib qanadları altına girən digər iş adamlarından milyonlarla pul gəldiyi qeyd olunur. Həmin rus biznesmenlərdən biri də özünü “pravoslav sahibkar” kimi tanıdan, “Rus mis şirkəti”nin rəhbəi İqor Altuşkindir. Altuşkin hər ay Ramzan Kadırovun fonduna 7 milyon rubl (90 min ABŞ dolları) pul köçürür.
Yenidən Fatimə Xazuyeva mövzusuna geri dönərsək, burada fond Ramzan Kadırovun ikinci xanımının ailəsi üçün əsl strateji investor kimi çıxış edir. 2020-ci ildə Fatimə xanımın doğulduğu Makxeta kəndində əlillər üçün reabilitasiya mərkəzi açılıb. Mərkəz fondun hesabına tikilsə də onun sahibəsi bəllidir. Bu Fatimə Xazuyevanın anası Satsida Xazuyevadır. Mərkəzdə müalicə almağın qiyməti 10 min rubldan (130 dollar) 80 min rubla (1030) dollar) qədər dəyişir. Bundan başqa fond kənddə Şeyxi Xazuyev adlı məktəb də tikib.
Fatimə Xazuyevanın adına Moskvanın bahalı rayonlarında olan daşınmaz əmlaklar da saytın məlumatında yer alıb.

Bunların içində Şabalovka rayonundakı elit yaşayış komleksində 50 milyon rubl dəyərində (643 min dollar) bir mənzili qeyd etmək olar. Xanım Xazuyevaya 2013-cü ildə eyni binada 100 milyon rubl qiymətində (1 284 489 ABŞ dolları) mənzil hədiyyə edilib. 2017-ci ildə Fatimə Xazuyeva Xamovniki rayonunda 200 milyon (2 milyon 572 min ABŞ dolları) dəyərində 200 metr kvadrat metrlik mənzilə də yiyələnib. Fatimə Xazuyeva özü isə Çeçenistan rəhbərinin administrasiyasında ayda 100 min rubl (1285 dollar) maaş alır.
F.Fazuyeva 20 yaşına qədəm basanda,”Dolina reki Saturn” adlı elitar bölgədəki Minskaya küçəsində 290 kvadrar metrlik mənzilin də sahibi olub. Bu evlə üzbəüz yaşayış kompleksində isə Ramzan Kadırovun rəsmi nikahda olduğu Medni xanıma məxsus 120 milyon rubl dəyərində (1 542 000 ABŞ dolları) mənzil yerləşir.

Bütün bunlardan əlavə Ramzan Kadırovun xanımlarının adına "Mosfilm" küçəsində bahalı göydələnin də olduğu bildirilr. Burada 210 kvadrat metrlik mənzil Medni Kadırovaya, maşınlar üçün park yeri isə Fatimə Xazuyevanın adına rəsmiləşdirilib. Alış-satış sənədlərində Medni Kadırova öz qızlıq soyadı-Musayeva kimi göstərilib. Lakin qalan bütün məlumatlar onun bioqrafiyası ilə üst-üstə düşür.
 
Medni Musayevanın adına Veyernaya küçəsində daha bir ailə mənzili və digər daşınmaz əmlaklar qeydə alınıb. Ümumiyyətlə Kadırovun bütün xanımlarının Moskvadakı daşınmaz əmlaklarının ümumi dəyəri 800 milyon rubldan (10 milyon 276 min ABŞ dolları) çoxdur.
 
Vaqif Hüseyn,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.