Fransa çempionatının dünən keçirilən “PSJ” – “Bastia" oyunundan sonra qonaq komandanın hücumçusu Brandao ilə meydan sahibi klubun yarımmüdafiəçisi Tiaqo Motta arasında dava düşüb.
Qol.Az-ın xəbərinə görə, matçdan sonra Brandao patardəyişmə otağına gedən yolda İtaliya millisinin futbolçusunu kəllə ilə vurub və dərhal hadisə yerindən qaçıb. Fransa mətbuatının yazdığına görə, zərbədən Mottanın burnu qırılıb.
Futbolçular arasındakı qalmaqalın səbəbi bilinmir.
Hadisə ilə bağlı Fransa Futbol Federasiyasının sərt qərar çıxaracağı bildirilir.
Qeyd edək ki, insidentin görüntüsü təhlükəsizlik kamerasına düşüb.
[media=https://www.youtube.com/watch?feature=player_embedded&v=6WdfRGOgN-A]