Almaniya Federal Kəşfiyyat İdarəsinin (BND) Türkiyəni dinlədiyi iddiası öz təsdiqini tapıb.
Axar.az xəbər verir ki, Almaniya hökumət rəsmiləri bunu məqbul hesab edərək 2009-cu ildə Türkiyənin rəsmi olaraq hədəf seçildiyini təsdiq edib.
Türkiyənin ABŞ, Fransa və İngiltərə ilə müqayisə edilə bilməyəcəyini bildirən hökumət rəsmiləri bu ölkədə baş verən hadisələrin Almaniyanın təhlükəsizliyi baxımından vacib olduğu üçün bu addımın atıldığını qeyd edib
Ən əsas da hökumət dinləmə səbəbləri kimi Türkiyə hökumətinin Almaniyada türk klubları və dərnəkləri ilə siyasi məqsədləri reallaşdırmağa çalışması, başda PKK olmaqla sol və sağ qrupların fəaliyyətindəki narkotika qaçaqmalçılığı göstərilir.