“Koronavirus pandemiyası 2022-ci ilin sonunda bitəcək”.Anaxeber.info xəbər verir ki, bu sözləri “Microsoft” şirkətinin yaradıcısı, milyarder-filantrofist Bill Qeyts “Sky News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, həmin dövrə qədər dünyada COVID-19 peyvəndinin kifayət qədər dozası istehsal ediləcək.
Maqnat ABŞ və İngiltərə də daxil olmaqla zəngin ölkələrdə vaksinasiyanın yüksək yayılmasına diqqət çəkib.
“Bu bir müddət sonra yoxsul ölkələrin peyvəndlə təmin olunmasına imkan verəcək” – deyə o, bildirib.
Milyarder həmçinin koronavirusun tamamilə yox olacağına inanmadığını, ancaq 2022-ci ilin sonunadək gündəlik yoluxma halların çox aşağı rəqəmlərə enəcəyini də vurğulayıb. (oxu.az)