Sərhədsiz reportyorlar Azərbaycandakı repressiyalarla bağlı açıqlama yayıb. Açıqlamada ölkədə vətəndaş cəmiyyətinə olan basqılar və həbslər sərt tənqid olunub: "Azərbaycan hökuməti iyul ayından başlayaraq hüquq müdafiəçilərini, müstəqil jurnalistlərin və ictimai fəalların üzərinə misli görünməmiş basqılara başlayıb. Azərbaycan bu ilin may ayının 14-dən etibarən Avropa Şurası Nazirlər Kabinetinə sədrlik növbəsini təhvil alıb, amma baş verməkdə olan hadisələr bir daha göstərir ki, bu ölkə Avropa Şurasına daxil olan 47 ölkə arasında ən repressiv rejimi ilə fərqlənir. Medyaya dəstək verən bir sıra təşklatlar və onların liderləri bu dəfəki basqıları n əsas hədəfləridir. Avqustun 5-nə olan duruma görə, onlarla QHT-nin bank hesabları dondurulub. Bunların arasında İREX Azərbaycan şöbəsi, Reportyorların azadlığı vəTəhlükəsizliyi İnstitutu, Media Hüququq İnstitututu kimi qeyri hökumət təşkilatları da var. Bu təşkilatların hər üçü informasiya azadlıqlarının təmanatı sahəsində ciddi işlər görürdülər. RATİ-nin direktoru Emin Hüseynovun və MHİ-nun rəhbəri Rəşid Hacılının şəxsi bank hesabları da dondurulub".
Açıqlamada daha sonra Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Yohann Bihr bildirir ki, Azərbaycan hökuməti, ölkədəki son azad səslərə də ölümcül zərbə vurmağı planlaşdırıblar: "Avqustun 6-da Emin Hüseynova bildirilib ki, onun ölkədən çıxmasına qadağa qoyulub. 8 avqustdan etibarən onunla əlaqə qırılıb və həmin gün onun ofisində axtarış aparılıb. Axtarış aparanlar ofsdə hüquq müdafiəsi ilə baölı sənədləri, eləcə də bütün mühasibat və hüquq sənədlərini, təşkilatın kompyuterlərini də özləri ilə aparıblar. Həmin gün Emin Hüseynovun evində də axtarış aparılıb və orada da kompyuterlər müsadirə edilib. 3 gün keçdikdən sonra ofis möhürlənib. Məhkəmə icraçıları heç bir sənəd göstərmədən ofisin bütün işçilərinə oranbı tərk etməyi əmr ediblər. Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Yohann Bihr bildirir ki, Azərbaycan hökuməti, ölkədəki son azad səslərə də ölümcül zərbə vurmağı planlaşdırıblar. ,,Biz beynəlxalq ictimaiyyətə müraciət edirik ki,AŞ PA Nazirlər Kabinetinə rəhbərlik etməkdə olan bir hökumətin öz ölkəsində tətbiq etdiyi yolverilməz praktikanın qarşısının alınması üçün təcili tədbirlər görülsün. Bu təqib və təzyiq aktları Azərbaycanda müstəqil medyanın tamamilə məhv edilməsi ilə nəticələnə bilər". İnformasiya azadlıqlarını təmin edənlərin ailə üzvləri də bu repressiyalarla üzləşməkdədirlər.
Avqustun 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarından olan Murad Ədilovun Sabirabad rayonunun Xəlfəli kəndindəki evinə polis reydi təşkil edilərək həbs olunub. Adilovların evində qanunsuz axtarış zamanı polislər elan ediblər ki, yastığın altından 600 qram narkotik tapılaraq götürülüb. Bu narkotikin ona məxsus olduğunu təsdiq etmək üçün ona işgəncə veriblər və sonradan Baş mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə İdarəsinə gətiriblər. Həbs edildikdən sonra iki gün ərzində ona vəkili ilə görüşməyə icazə verməyiblər. Avqustun 13-də isə onu həbs qəti imkan tədbiri olaraq 3 aylıq həbs verərək həbsxanaya göndəriblər.
Murad Adilovun qardaşı, Azadlıq qəzetinin əməkdaşı və Azərbaycan saatı televiziya proqramının aparıcısı Natiq Adilov bildirir ki, qardaşı Muradın siyasi fəallığı qəcəq yaradırdı, amma Muradın həbsi onun jurnalist fəaliyyəti ilə bağlıdır. Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid bu versiyanı təsdiq edir. Hökumət uzun zamandır ki, Azadlıq qəzetinin maliyyə sıxıntılarıyla sıradan çıxarılması üçün tədbirlər aparır.
İyulun sonlarından başlayan repressiyalar avqust ayında daha da şiddətlənməkdədir. Avqustun 2-də hüquq müdafiəçisi Rəsul Cəfərov da uydurma ittihamlarla həbs qətiimkan tədbiri olaraq 3 aylıq həbs verilərək həbsxanaya göndərilib. Rəsul Cəfərovdan 3 gün əvvəl tanınmış hüquq müdafiəçisi Leyla Yunus, ondan 5 gün sonra Leyla Yunusun həyat yoldaşı Arif Yunus həbs edildilər. Yunuslar 18 apreldə həbs edilən jurnalist Rauf Mirqədirovun ittiham edildiyi cinayətlərdə günahlandırılırlar. Avqustun 8-də isə hüquq müdafiəçisi İntiqam Əliyev saxta ittihamlarla həbs edilib. Azərbaycan medya azadlıqlarına görə 180 ölkə arasında 160-cı yerdədir".