Sumqayıt şəhərində insanlar bir neçə dəqiqə polis-vətəndaş arasındakı münaqişəyə tamaşa ediblər.
Gecə vaxtı yol polisi və post-patrul xidmətinin əməkdaşları bir nəfəri saxlamaq üçün xeyli əziyyət çəkməli olublar. Yolun ortasında həmin şəxsi bir neçə dəqiqə ərzində polis maşınına mindirmək istəsələr də buna nail ola bilməyiblər. Bir neçə polis birlikdə onu maşına mindirərək ərazidən uzaqlaşıb.
Həmin ərazidə isə böyük avtomobil sıxlığı yaranb.
Sumqayıt Şəhər Yol Polisi Şöbəsinin rəis müavini Valeh Cavadov Milli.Az-a açıqlamasında bildirib ki, dünən baş vermiş hadisədən xəbərsizdir. Rəis müavininin sözlərinə görə, polis vətəndaşı küçənin ortasında maşına salırsa, demək, o ya avtoxuliqanlıq edib, ya da sərxoşdur.