İlham Əliyevi demokratiya qarşısında əngəl adlandırdılar
Türkiyədəki Avrasiya Ekonomi Platforması (AVEP) adlı qeyri hökumət təşkilatı Azərbaycan dövlətini həbs edilən siyasi məhbusları dərhal azad etməyə çağırıb. Təşkilatın lideri Şevket Apuhanın yaydığı bəyanatda bildirilir ki, bu həbslər özünü bölgənin ən güclü və parlaq ulduzu elan edən bir ölkəyə yaraşan iş deyil. AVEP başkanı İlham Əliyevi ölkədə insan haqlarının və demokratiya prosesinin qarşısını almaqda ittiham edərək, Ərəb baharının Ərəb yanğınına döndüyünü unutmamağa çağırıb.