Azərbaycan Amerika hərbi qüvvələrinin Əfqanıstandan çıxardığı hərbi nəqliyyat vasitələri olan «Cougar» və HMMWV qurğularını satın almaq istəyib. Amma ABŞ Azərbaycanın bu təklifini qəbul etməyib. Amerika rəsmiləri bunu münaqişə zonalarına silah-sursat satılması üçün qoyulan embarqo ilə izah ediblər. Xatırladaq ki, ABŞ son illər ərzində Gürcüstana 10-dan çox Cougar və 100 dən artıq HMMWV qurğularını havayı verib.