"Rosatom"un rəhbərliyi 1950-ci ildə idman komandalarının tərkibində və ya idman sahəsində müstəqil fəaliyyət göstərən işçilərinə SSRİ-nin digər şəhərlərinə getməyə qadağa qoymağa cəhd göstərib.Cebhe.info “RİA Novosti”yə istinadən xəbər verir ki, vaxtilə məxfi elan edilmiş bu məsələ barədə "Rosatom" öz portalında sənəd dərc edib. Adıçəkilən dövlət müəssisəsi Rusiya atom sənayesinin tarixi barədə arxiv materiallarını dərc etməkdə davam edir. Sözügedən arxiv materialları "Rosatomun tarixi" portalında xüsusi bölmədə dərc edilir.
Növbəti dərc edilmiş sənəd də idmançı işçilərə digər şəhərlərə getməyə qoyulan qadağa olub. Belə ki, "Yoldaş Kallistovun obyekti" komandası "Kimyaçı"şəhər komandası adı ilə hokkey üzrə yarışlara qatılmaq üçün 1950-ci ildə Kuybışev şəhərinə (indiki Samara)getməsi barədə sərəncamda bəhs edilir.
Dərc edilmiş sənəddən bəlli olub ki, bu qadağaya səbəb işçilərin dövlət sirlərini açmaq təhlükəsinin qarşısını almaq olub.
Sərəncama görə, idman komandası olan kollektivlərə əvvəllər "Rosatom"-un Birinci Baş İdarə sistemində işləməyənlər qəbul edilməli deyilmiş. "Kallistovun obyekti" Moskva ətrafında yerləşən Elektrostal zavodu N12 və bu obyektin direktoru isə Sosialist Əməyi Qəhrəmanı Anatoli Kallistov olub. İndi bu zavod "Rosatom"-un Maşınqayırma zavodudur və dünyanın aparıcı istehsalçı zavodlarından biridir. Burada müxtəlif növ reaktorlar üçün nüvə yanacağı istehsal edilir. Sovetlər dönəmində "Elektrostal"-ın "Kimyaçı" adlı güclü hokkey komandası olub və bu komanda 1949-cu ilin payızında yaradılmasına baxmayaraq, 1950-ci ilin yazında RSFSR çempionatının qalibi olub.
Məlumata görə, 1950-ci ilin iyulunda qadağa ilə bağlı həmin sərəncam ləğv edilib. Bu barədə qara karandaşla sərəncam üzərində dəyişikliklər edildiyi aydın şəkildə görünür. Sözügedən "Kimyaçı" komandasının üzvləri başqa adlarla SSRİ-nin ən yaxşı komandaları arasında 12 mövsüm oynayaraq qalibiyyət əldə edib. Buna görə də sərbəst fəaliyyət göstərmək üçün onlar maşınqayırma zavodundan işdən çıxarılıblar. Qeyd edək ki, dövlət sirlərinin qorunması üzrə təhlükəsizlik tədbirlərinə baxmayaraq, sovet atom sənayesində idmanın inkişafı məhdudlaşdırılmadı və 1959-cu ildə atom sənayesinin Bədən tərbiyəsi və idman Mərkəzi Şurası yaradıldı. Bundan sonra atom sənayesi işçiləri, nəinki Mərkəzi Şuranın birinciliyində, həmçinin vilayət, diyar və respublika turnirlərində də iştirak edirdilər.
Sevinc TapdıqqızıAnaxeber.info