Qubad Ibadoğlu: «Şirkətin yaradılmasında məqsəd qiymətli kağızlar bazarına daxil olma, əməliyyatlar aparma və qazanc əldə etməkdir»
Azərbaycanda aktivlərin idarə edilməsi üzrə üçüncü şirkət yaradılıb. Yeni yaranan “Trust Asset Management” MMC şirkəti iyulun 22-də qeydiyyata alınıb. Şirkət barədə “kommersiya hüquqi şəxslərin dövlət reyestrində” rəsmi informasiya 13 avqustda gedib. Bu barədə məlumat “contact.az” saytında yerləşdirilib.
Saytın yazdıqlarına görə, baza informasiyasına əsaslanıb ehtimal etmək olar ki, yeni yaranan şirkət “Azersun Holding” MMC-yə yaxındır. Ilkin kapitalı təmin etmək üçün şirkətin nizamnamə kapitalına 500 min manat qoyulub. Şirkətin direktoru “Azersun Holding” MMC-nin baş direktoru Əhməd Emadır. Müşahidə Şurasına holdinqin IH sədri Abdulbari Gözəl, baş direktorun müavini Nazim Quliyev, Milli Depozit Mərkəzi və Bakı Fond Bircasının keçmiş sədri Fariz Əzizov daxildir.ÿÿ
Onu da qeyd edək ki, aktivlərionÿidarə edilməsi müştəriyə məxsus olub, peşəkar iştirakçının idarəçiliyinə verilmiş qiymətli kağızlar və ya pul vəsaitləri ilə müştərinin mənafeyi, onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün qiymətli kağızlar bazarında əməliyyatların aparılması üzrə peşəkar fəaliyyətdir. Bu fəaliyyət üçün lisenziya müddətsiz verilir, dövlət rüsumu isə 5ÿ500 manatdır. Ilk lisenziyanı 2013-cü ilin avqustunda “Invest Az Asset Management” şirkəti (NK - 125 min manat) alıb. Ardınca “AzFinance Asset Management” (NK - 150 min manat) gəlir, bu il iyunun 30-da QKDK ona ikinci lisenziyanı verib.
Iqtisadçı Qubad Ibadoğlu bildirdi ki, yeni yaranan şirkət həqiqətən də “Azersun Holding” MMC-nin təşəbbüsü ilə ərsəyə gəlib. Amma bu şirkətin məqsədləri sırasında Neft Fondunun aktivlərinin idarə olunması məsələsi dayanmır. Çünki Neft Fondunun aktivlərinin idarə olunması üçün ən azı 5 il təcrübə tələb olunur. Eyni zamanda şirkətin investisiya imkanı 1 milyarddan artıq olmalıdır: “Yeni yaranan təşkilatın elə imkanları yoxdur ki, onun idarəçiliyinə neft pullarının idarə olunmasını versinlər. Neft pullarını isə əvvəlcədən müəyyənləşdirilmiş xarici menecerlər idarə edirlər. ”Trust Asset Management" təşkilatı “Azersun Holding” MMC-nin təşəbbüsüdür və ola bilər ki, onlar qiymətli kağızlar bazarında işləmək istəyirlər. Nizamnamə kapitalından da görünür ki, bu kapital sırf şirkətin yaradılması üçün qoyulub".
Q.Ibadoğlu hesab edir ki, şirkətin yaradılmasında məqsəd qiymətli kağızlar bazarına daxil olma, əməliyyatlar aparma və qazanc əldə etməkdir.