Şübhəsiz ki, nasistlər dünyanın ən fanatik qruplarından biridir, o qədər fanatikdirlər ki, sadəcə onlarla eyni fikirdə olmadığı üçün milyonlarla insanı öldürüblər.
Nasistlərin həyata keçirdikləri layihələr haqqında tarixdə bir çox faktlar var. Oxucular üçün hazırladığımız bu siyahıda nasistlərin həm düşmənləri, həm də öz xalqları üzərində apardıqları qorxunc layihələr haqqında məlumatlar yer alıb.
Televiziya kanalları vasitəsilə “beyin yuma” planlarıİngilis yazıçısı Corc Oruellin 1984-cü ildə çap olunan distopik romanı ilə tanış olanlar üçün bu sistem heç də yad olmayacaq. Nasistlər fikirlərini təbliğ etmək üçün televiziya kanallarında istifadə etməyi qarşılarına məqsəd qoymuşdular. Bu mövzuda mühəndis Walter Bruchun təcrübəsindən istifadə etdilər. Bruch Nürnberqdən Berlinə qədər uzanan milli bir kabel televiziya sisteminin qurulmasını və ölkənin müxtəlif bölgələrində fasiləsiz olaraq nasist təbliğatının yayımlanmasını təklif etdi. Təklifdə planlaşdırdıqları cəmiyyətin ideal həyat tərzindən qətliam görüntülərinə qədər? bir çox görüntülər var idi. Lakin almanların gözlənilməz məğlubiyyəti nasistlərin bu planlarını məhv etdi.
Milad bayramı qadağasıMilad bayramını qeyd etməyi də hər şeyi məhv etməyə çalışdıqları kimi qadağan etməyə çalışan nasistlər ilk cəhdlərində uğursuz oldular. Xristianların çox olduğu alman cəmiyyətini Miladdan tamamilə ayıra bilməyəcəklərini başa düşdükdə, istəklərinə görə “B” planı formalaşdırmağa çalışdılar. İsa və Məryəmin fiqurlarını Arya fiqurlarına çevirdilər və Milad ağaclarını svastika ilə bəzəməyə başladılar. Əlbəttə ki, müharibədə nasistlər məğlub olduqdan sonra bütün bu qadağalar götürüldü.
Yəhudiləri Madaqaskara göndərmə planı1940-cı ildə Fransa üzərində qazandıqları zəfərdən sonra nasistlər Almanların yaşayış sahələrini oğurladıqlarını düşündükləri üçün Avropa yəhudilərini Madaqaskara göndərməyi planlaşdırdılar. Kütləvi qətldən daha yaxşı bir plan kimi görünsə də, xəstəlik və digər xarici amillər səbəbiylə adada özlərini öldürmələri gözlənildiyindən problem həll ediləcəkdi.
Ancaq bu planı həyata keçirmək və lazımi avadanlıqla təmin etmək üçün almanlar qısa müddətdə ingilisləri məğlub etməli idilər. Buna nail ola bilmədikləri üçün sovet Rusiyasının işğalından sonra yəhudiləri Sibirə və qütblərə sürgün etməyi planlaşdırdılar. Bütün bunlar hamısı uzun bir proses tələb etdiyindən soyqırıma başladılar.
İdeal Aryan qadın proqramıHökmdarlığı dövründə həyat tərzinin və irsiyyətinin "təmiz irq" olmasını təmin etmək üçün əlindən gələni edən nasistlərin bu planı tamamilə qadınları əhatə edirdi. İdeal bir ana və həyat yoldaşı olmaq üçün yarım aylıq təhsil proqramına yazılan Alman qadınlara "mükəmməl nəsil yetişdirmək" üçün dərslər verildi və dərsləri keçənlər sertifikatlarla təltif olundular. Ancaq müharibə dövründə qadınlar bütün sənaye və ev işlərini öz üzərilərinə götürməyə başladıqda bu proqram unuduldu.
Angora dovşanları proqramıAngora dovşanları olaraq bilinən bu dovşanlar da nasistlərdən bəhs edildiyi zaman ağla gələnlərdəndir. III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri və çoxsaylı hərbi cinayətlərdə və soyqırımda təqsirli bilinən Henrix Himlerin rəhbərliyindəki toplama düşərgələrində məhbusların baxdıqları dovşanların yem və yaşam şərtləri məhkumlardan çox daha yaxşı idi. İş o yerə çatdı ki, bir çox məhbus aclıqdan və uyğun olmayan şəraitdə yaşamaqdan toplama düşərgəsində öldü, lakin dovşanların yeməyi əskik olmadı. Bu dovşanların lələkləri nasistlərin hərbi geyimlərində istifadə olunduğundan onların qayğılarına xüsusilə qalırdılar.
Əsgərlərə kapsullarda narkotik vermək planıMüharibə zamanı almanların qorxmaz və aqressiv davranışlarının daha az bilinən səbəblərindən biri də nasist əsgərlərinin narkoman olması idi. Pervitin adlı preparat əsgərlərin istirahət etmədən daha uzun müddət döyüşmələrini və bütün riskləri gözə almasını təmin edirdi.
1944-cü ildə metamfetamin, kokain və morfinin qarışığı olan “D-IX” dərmanını istehsal etdilər və əvvəlcə məhkumlar üzərində sınaqdan keçirdilər. Məhbusların sınaqlar nəticəsində çox güclü olması nasistlərin məqsədlərinə xidmət edirdi.
Dördüncü hökumətAlmanların 1943-cü ildə Stalinqraddakı məğlubiyyətindən sonra iqtisadçılar və sənayeçilər müharibədən sonrakı Dördüncü hökumət üçün bir fövqəladə plan hazırlamaq lazım olduğunu qəbul etdilər. Strasburqda bir araya gələn alman mütəxəssislər, yeni hökumətin hərbi məsələlərə deyil, maliyyə məsələlərinə diqqət yetirməli və yenidən ortaya çıxıb ölkəni ələ alana qədər yeraltı Nasist Partiyasına lazımi sərmayə və maliyyə təmin etməsinin lazım olduğunu qəbul etdilər. Sənayeçilər Almaniyanın sərvətlərinin böyük bir hissəsini Cənubi Afrika kimi bitərəf və dost ölkələrə qaçaqmalçılıq yolu ilə göndərirdilər. Müharibədən sonra, əlbəttə ki, bir çox nasist lider ölüm və ya həbs cəzasına məhkum olmaq qorxusu ilə üzləşdi. Dördüncü hökumətin Almaniya adı altında yaşadığını və Avropa Birliyini qurduğuna dair nəzəriyyələr bu günlərdə də mövcuddur.
Turan OrucMusavat.com