ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu“Büdcə sistemi haqqında” Qanununa görə, 2020-ci ilin dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün bu ilin may ayının 15-dən gec olmayaraq Maliyyə Nazirliyi tərəfindən Milli Məclisinə təqdim olunur. Milli Məclisinin 2021-ci il iyunun 8-də keçiriləcək növbədənkənar
iclasının gündəliyinə təklif olunan məsələlər arasında
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin üçüncü oxunuşda qəbulu nəzərdə tutulmasına baxmayaraq nə Maliyyə Nazirliyi, nə Milli Məclis 2020-ci ilin dövlət büdcəsinin icrası barədə illik hesabatı, nə də Hesablama Palatası bu hesabata dair rəyi saytlarında yerləşdirməyiblər.
Yeri gəlmişkən, Milli Məclisyin ayın 8-də keçirilməsi nəzərdə tutulan iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” , eləcə də
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələrinin birinci oxunuşda qəbulu gözlənilir. Bu qanunlarda dəyişiklik əlilliyin verilməsi qaydalarının xeyli sərtləşdirilməsinə gətirib çıxaracaq.
İndiyədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara edilən müavinət bundan sonra “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” şamil olunacaq. Belə olan halda da fiziki məhdudiyyəti olan 18 yaşınadək uşaqların hamısına müavinət ödəniıməyəcək. Onlar da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildikdən sonra digər əlillər kimi faizlə qiymətləndirmə əsasında əlil hesab ediləcəklər.
Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyə görə,
orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə I dərəcə əlillik,
orqanizmin funksiyalarının 61-80 faizini itirilməsinə görə II dərəcəli əlillik,
orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə III dərəcəli əlillik qrupu müəyyənləşdiriləcək.
Orqanizmin funksiyanın 31 faizinə qədər itirilməsinə görə əlillik dərəcəsi verilməyəcək.
Bu dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək və həm sağlamlıq məhdudiyyəti olan 18 yaşınadək uşaqlar, həm də 18 yaşdan pensiya yaşına qədər olan əlillərin sayının kəskin azalmasına gətirib çıxacaq. Artıq bu proses başlayıb. Müharibənin bitməsindən 7 aya qədər vaxt ötməsinə baxmayaraq hətta Qarabağ qazilərinə də əlillik dərəcəsinin verilməsi prosesi başa çatmayıb.
Anaxeber.info