Avropa Birliyindən hakimiyyətə sərt xəbərdarlıq

19-08-2014, 17:48   
Avropa Birliyindən hakimiyyətə sərt xəbərdarlıq“Azərbaycan üzərinə götürdüyü öhdəliklərə hörmətlə yanaşmadıqca, münasibətlərimiz özünün tam potensialına çata bilməz”

Avropa Birliyi Azərbaycanda insan haqlarının vəziyyəti və son həbslərlə bağlı bəyanat verib. Bəyanatda Azərbaycandakı son vəziyyətdən narahatlıq ifadə olunur.

«Biz xüsusi həyacanla tanınmış hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı edilənləri vurğulayırıq. Hakimiyyət vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını sistematik şəkildə daraldır.
Biz Azərbaycan hakimiyyətini həbs olunanların hamısına normal münasibət göstərməyə çağırırıq. Biz Leyla Yunusun, səhhətində ciddi problemlərin olmasına baxmayaraq, hələ də həbsdə saxlanılmasından narahatıq. Azərbaycan hakimiyyətini tibbi köməyə ehtiyacı olanları bununla təmin etməyə çağırırıq», - deyə bəyanatda bildirilir.
AB eyni zamanda Azərbaycan qanunvericiliyində QHT-lərin fəaliyyətini məhdudlaşdıran dəyişikliklərə də münasibət bildirib: «Bu addımlar Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqla, siyasi maraqlarının zəifləməsinə gətirib çıxarır. Avropa Birliyi dəfələrlə baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə öz narahatlığını çatdırıb. Eyni zamanda bu narahatlıq Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun iyunun 14-ü Bakıya səfəri zamanı Azərbaycan iqtidarına çatdırılıb. Avropa Birliyi bir daha bəyan edir ki, Azərbaycanla əlaqələrə mühüm önəm verir. Amma Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətlə yanaşmadıqca, bu münasibətlər özünün tam potensialına çata bilməz».

Bəayanata AB-yə üzv olmayan Avropa ölkələrindən Norveç, İslandiya, Makedonya, Çernoqoriya və Albaniya da qoşulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.