Fransis: "Bilirəm ki, ömrümün bitməsinə az qalıb"
Roma Papası Fransisk öz ölümü haqqında fikirlərini ilk dəfə ictimai şəkildə səsləndirib. din xadimi Cənubi Koreyadan Vatikana uçarkən təyyarədə jurnalistlərə ömrünün bitməsinə az qaldığını açıqlayıb.
"Mən bilirəm ki, ömrümün bitməsinə az müddət qalıb. İki və ya üç ildən sonra Allahın evində olacam." - deyə o, bildirib.
77 yaşlı Roma Papası Fransisk həyatının ilk illərini xatırlayıb: "Mən öz günahlarım, səhvlərim haqqında ətraflı düşünürəm. Təkəbbürdən qaçmağa çalışıram. Ömrümün sonuna az qaldığı üçün belə edirəm."
Vatikandan olan mənbələr Papanın əvvəlləlr də öz ölümündən danışdığını təsdiqləyib. Bu söhbətlər yaxın çərçivədə olub. Lakin ilk dəfə bu fikirlərini jurnalistlərlə bölüşüb. Fransisk söhbətində vəzifəsini yerinə yetirə bilməyəcəyi təqdirdə taxt-tacından getməsinin mümkünlüyünü də vurğulayıb. XVI Benedik də keçən il eyni addımı atmışdı.
"60 il əvvəl katolik kilsəsinin yepiskopunun vəzifədən getməsi praktiki olaraq mümkün deyildi. Lakin indi XVI Benedik bu qapını açdı" - deyə, Papa əlavə edib.