Rusiyanın paytaxtı dünyanın ən nüfuzlu şəhərləri siyahısına düşməyib
Rusiyanın paytaxtı əsrlərdir qoruyub-saxladığı nüfuzunu itirir. Məşhur Forbes dərgisi dünyanın ən nüfuzlu şəhərlərinin siyahısını tərtib edib. Bu reytinq cədvəlində Moskva şəhərinin adı yer almayıb.
Reytinq cədvəlinə Böyük Britaniyanın paytaxtı London başçılıq edir, ikinci və üçüncü yerlərdə Amerika şəhəri Nyu-York və Fransanın paytaxtı Parisdir. Reytinqin dördüncü pilləsini Sinqapur tutub, beşinci yer isə Yaponiyanın paytaxtı Tokioya nəsib olub. Sonuncu yerdə Kanadanın Toronto şəhəri qərarlaşıb.
Reytinq tərtib edilərkən şəhərlərin bütün keyfiyyətləri, iqtisadi vəziyyəti, eləcə də xarici investorların cəlb edilmə statistikası da nəzərə alınıb. (ans)