Ermənilər yezidləri Qarabağa köçürmək istəyir

20-08-2014, 11:02   
Ermənilər yezidləri Qarabağa köçürmək istəyirVəfa Quluzadə: «Əgər belə bir palan varsa Azərbaycan reaksiya verməli və BMT-yə, ATƏT-ə müraciət etməlidir»

Iraqdan qaçqın düşmüş yezidilər Dağlıq Qarabağda yerləşdirilə bilərlər. ANS PRESS-in məlumatına görə, bu barədə separatçı Dağlıq Qarabağ rejiminin mətbuat katibi David Babayan bildirib. “Iraqda yezidilərin başına gətirilənlər bir faciədir. Biz onlara qarşı törədilən hərəkətləri pisləyirik”, - deyə D.Babayan vurğulayıb.

O həmçinin qeyd edib ki, Iraq yezidilərinin Qarabağda yerləşdirilməsinə aid xüsusi plan yoxdur. Amma yaxın zamanda bununla bağlı proqram qəbul edilə bilər.

Xatırladaq ki, Suriyada prezident Bəşər Əsədə qarşı başlanan vətəndaş müharibəsi zamanı bu ölkədən qaçan erməni ailələr Dağlıq Qarabağa köçürülüblər.

Bəzi ekspertlər hesab edir ki, Azərbaycan tərəfi belə bir planın reallaşacağı təqdirdə öz etirazını bildirməli və beynəlxalq aləm qarşısında bəyanatla çıxış etməlidir. Çünki, bu kimi hallar Qarabağ münaqişəsinin həllinin yubadılmasına, bu ərazilərin yaddan çıxarılmasına və bu ərazilərin Azərbaycana aid olmadığı fikrinin dərinləşməsinə xidmət edir.

Digər tərəfdən hesab edilir ki, Ermənistan belə plan həyata keçirməklə yeni münaqişə ocaqları yaratmaq və müstəvini dəyişmək məqsədi güdür.

Politoloq Vəfa Quluzadə hesab edir ki, Ermənistanın Azərbaycan ərazilərinə köç təşkil etməsi düzgün deyil: “Əgər belə bir plan varsa, Azərbaycanın mütləq reaksiyası olmalıdır. Bunu Ermənistanın rəsmi dairələri yayıbsa, o zaman Azərbaycan BMT-yə, ATƏT-ə müraciət ünvanlamalıdır. Ancaq, real vəziyyət onu göstərir ki, Ermənistanın Qarabağa kimlərisə köçürmək, himayə etmək üçün imkanları yoxdur. Ümumiyyətlə, Ermənistan işğal etdiyi ərazilərdə heç nəyə nail ola bilməyib. Yəni, bu işğal Ermənistanın xeyrinə yox, Rusiyanın xeyrinə işləyib. Indi yayılan xəbər də ola bilər ki, bizim əsəblərimizə toxunmaq, qıcıqlandırmaq üçündür. Amma istənilən halda soyuqqanlı şəkildə, məsələni diqqətdə saxlamaq lazımdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar