"Amerikaya mesaj" başlıqlı video sosial şəəbkədə nümayiş olunub
İŞİD üzvləri iki il əvvəl Suriyada qaçırılan Amerikalı jurnalist Ceyms Foleyin başının kəsilərək öldürüldüyünü göstərən bir video yayımlayıblar.
ANS PRESS-in məlumatına görə, "Amerikaya mesaj" başlıqlı video sosial şəbəkədə nümayiş olunub. Videonun həqiqi olub-olmadığını hələ müstəqil mənbələr təsdiqləmirlər. Videoda Ceyms Foley olduğu deyilən bir adam maskalı İŞİD-çi tərəfindən tutularkən görülür. İngilis ləhcəsi ilə danışan İŞİD-çi Foleyin ölümünün ABŞ-ın İraqdakı İŞİD mövqelərinə təşkil etdiyi hava hücumlarının birbaşa nəticəsi olduğunu söyləyir.
Qeyd edək ki, beş ildir Yaxın Şərqdə çalışan Ceyms Foley 22 Noyabr 2012-ci ildə şəxsiyyəti naməlum silahlı şəxslər tərəfindən Suriyada qaçırılıb.
Foleyin olması üçün aliəsi tərəfindən açılan “Twitter” hesabında, "Hamınızın təsdiqləmə və cavablar axtardığınızı bilirik. Lütfən biz də bütün məlumatları alana qədər səbirli olun və Foley üçün dua edin" deyildi.