Hər hektara ayrılan 40 manat fermerlərə yarayacaqmı?

20-08-2014, 13:19   
Hər hektara ayrılan 40 manat fermerlərə yarayacaqmı?Vahid Məhərrəmov: «Avropa ölkələrində bu məbləğ 350 avrodur»

Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardımın verilməsi ilə bağlı qərar qəbul edib.

Kənd Təsərrrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın hər bir rayon və kəndləri üzrə istehsalçıların siyahısı, əkin sahələri və ayrı-ayrılıqda hər bir istehsalçıya ayrılmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi saytının (www.agro.gov.az) “Subsidiyalar” bölməsində yerləşdirilib.

Görəsən, fermerlərə verilən subsidiyaların məbləği istehsal üçün yetərlidirmi? 40 manat nə qədər normal məbləğdir?

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov qeyd edir ki, Avropa ölkələrində də kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar verilir. Həmin subsidiyaların həcmi isə hər hektar üçün 350 avrodur. Hətta elə ölkələr var ki, bu məbləğ 800 və daha çoxdur:

“Avropa Ittifaqının ayırdığı subsidiyalar və ölkələrin özlərinin bu sahəyə göstərdiyi xidmət də var. Azərbaycanda ümumiyyətlə, məhsuldarlıq aşağıdır. Problem o qədər dərindir ki, fermerlərə yalnız yanacaq haqqının bir hissəsinin ödənməsi onlar üçün stimullaşdırıcı, effekt verən tədbir deyil. Ölkədə keyfiyyətli toxum yoxdur, torpaqlarda deqradasiya prosesi gedir, münbit şərait, su və texnika çatışmazlığı, səpin aqreqatları, anbar problemi mövcuddur. Bu problemlər olduğu halda, sözügedən sahəyə ayrılan subsidiyalar fermerlər üçün stimullaşdırıcı deyil. Belə maliyyə məbləği istehsalı artırmağa deyil, xərclərinin bir hissəsini ödəməyə kömək edir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar