2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına görə bulvara yenidən sərmayə qoyulur. Yarışma zamanı çoxlu sayda insanın gələcəyi proqnozlaşdırıldığı üçün bulvardakı piyada cığırları yenidən tərtib ediləcək. Buradakı kafe və restoranlara bankomat terminalları quraşdırılacaq. Bütün kafe və restoranlara, eləcə də attraksionlara xarici dillərdə bilən adamlar yerləşdiriləcək.
Bütün bu işlərin görülməsi üçün dövlət büdcəsindən bir neçə 10 milyon bulvara atılacaq, olimpiya oyunlarından əvvəl korrupsiya oyunları cövlan edəcək.