Mütəxəssislərdən ŞOK XƏBƏRDARLIQ: Yaxın saatlarda dünyaya çırpılacaq

12-07-2021, 17:07   


Mütəxəssislərdən ŞOK XƏBƏRDARLIQ: Yaxın saatlarda dünyaya çırpılacaq
Mütəxəssislər bu gün yerin atmosferinə geomaqnit günəş fırtınasının çırpılacağını açıqlayıb.
Publika.az xəbər verir ki, alimlərin verdiyi məlumata görə, günəş dalğası 1,6 milyon kilometr sürətlə Yer kürəsinə doğru yaxınlaşır.
Bu gün Yerin atmosfer təbəqəsinə çırpılması gözlənilən geomaqnit günəş fırtınası mütəxəssislər tərəfindən yaxından izlənilir. Onların verdiyi son məlumata görə, fırtına hazırda planetimizə doğru gəlir.
Alimlər hesab edir ki, günəş fırtınasının Yer kürəsinin bəzi bölgələri üçün fəsadları olacaq.
Bununla bağlı "Spaceweather"in saytı da məlumat yayıb. Sürətlə planetimizə doğru yaxınlaşan fırtınanın Yerin maqnit sahəsinə ciddi təsir göstərə biləcəyi vurğulanıb.
Günəş fırtınaları nəticəsində Yerin xarici atmosferi istiləşə və peyklərə birbaşa təsir edə bilər. Sözügedən fırtına səbəbi ilə peyklərin istiləşməsi nəticəsində GPS, mobil telefon və peyk TV siqnallarında ciddi problem yarana bilər.
Akqabay
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.