“Ermənistanla Gürcüstan arasında təhlükəsizlik sahəsində qarşılıqlı maraqların geniş dairəsi mövcuddur. Bunu əməkdaşlıq sahələri, o cümlədən təhlükəsizlik sahəsində irəli sürülmüş bir sıra təşəbbüslər təsdiq edir”.
Musavat.com-un məlumatına görə, bunu Ermənistanın müdafiə nazirinin 1-ci müavini David Tononyan Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında görüşün nəticələrini şərh edərkən söyləyib.
Nazir müavinin sözlərinə görə, erməni tərəfini görüş faktı və onun nəticələri elə də narahat eləmir: “Mən hesab edirəm ki, məhz Gürcüstanın orada iştirakı üçtərəfli hərbi əməkdaşlığın Ermənistanın milli təhlükəsizliyi əleyhinə yönəlməsinə imkan verməyəcək. Görüşün yeri də xüsusi narahatlıq doğurmur, çünki onun təşkilinin coğrafi variantlarından biridir. Bununla belə, bu əməkdaşlığın bütün nəticələri, mümkün neqativ təsirlər də daxil, Ermənistanın təhlükəsizliyinin strateji planlaşmasına daxil edilib”.