İnanılmaz: Türkiyə Süleyman Şah türbəsini İŞİD-ə verir

21-08-2014, 13:03   
İnanılmaz: Türkiyə Süleyman Şah türbəsini İŞİD-ə verirİŞİD Mosulda girov götürdüyü 49 türk diplomatını geri qaytarmaq üçün Türkiyədən 928 illik yaşı olan Süleyman Şah türbəsini tələb edib.
Axar.az Taraf-a istinadən xəbər verir ki, Türkiyə hökuməti bu təklifi qəbul etmək məcburiyyətində qalıb. Türbənin boşaldılması üçün Türkiyəyə 3 həftə vaxt verilib.
İŞİD-in diplomatları əsir aldığı 2 ay müddətində Türkiyədən silah və pul tələb etdiyi bildirilir. Bununla yetinməyən terrorçu qruplaşma son olaraq Suriyada yerləşən Türkiyənin mülkiyyətindəki Süleyman Şah türbəsini istəyib. İŞİD-lə döyüşmək istəməyən hökumət isə bununla razılaşıb. Artıq türbənin boşaldılması ilə bağlı Baş qərargah rəhbərliyinə göstəriş verilib.
Qeyd edək ki, türbə Suriyanın Hələb şəhərindədir. Burada Osmanlı imperiyasının qurucusu Osman Qazinin babası Süleyman şah və onun iki əsgərinin məzarı yerləşir. Süleyman şah türbəsi Ankara və Lozanna müqavilələrinə görə Türkiyənin mülkiyyətindədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.